2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Xədicə İsmayıl UNESCO-nun mükafatına layiq görüldü

xediceAzadlıqRadiosunun həbsdə olan araşdırmaçı jurnalisti Xədicə İsmayıl aprelin 8-də UNESCO-nun 2016-cı il Guillermo Cano adına Dünya Mətbuat Azadlığı Mükafatına layiq görülüb.

Media üzrə müstəqil beynəlxalq peşəkar münsiflər heyəti onu bu mükafata çətin şəraitdəki tövhələri, jurnalist araşdırmalarına görə layiq görüb.

Guillermo Cano mükafatının münsiflər heyətinin prezidenti Ljiljana Zurovac Xədicə İsmayılın bu mükafata layiq olduğunu, onun peşəkarlığı və cəsarətinin tanınması, dəyərləndirilməsindən məmnun olduğunu deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Təqdimat mərasimi bu il mayın 3-də-Beynəlxalq Mətbuat Azadlığı Günündə Finlandiyada olacaq.

UNESCO-nun Guillermo Cano mükafatı 1986-cı ildə meksikalı narkobaronlar tərəfindən qətlə yetirilən jurnalistin şərəfinə təsis edilib.

Mükafat 25 min avro dəyərindədir.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs edilib. O, mənimsəmə, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə təqsirli bilinərək 7 il yarım azadlıqdan məhrum edilib.

Jurnalist ittihamları rədd edir, həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu deyir.

«Amnesty International» Xədicə İsmayılı vicdan məhbusu elan edib.

Xədicə İsmayıl bundan əvvəl İsveçin Milli Mətbuat Klubu tərəfindən təsis edilmiş Anna Politkovskaya adına “Söz azadlığı” mükafatına, “Alison Des Forges” Mükafatına, PEN/Barbara Goldsmith mükafatına və başqa ödüllərə də layiq görülüb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button