2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

''Xəyaləni öldürənlər onun meyidini yerdə qoymasınlar''

Qəzada ölən qadının ailəsi şikayətçi deyil

Saytların yığılması Saytlarin yigilmasi

”Sürücünü polis saxlayıb, amma bizə deyiblər yaşı azdır. Xəyalənin ailəsi şikayətçi olmayıb. Deyirlər ki, ölümüzü götürsünlər, yerdə qalıb. İmkanımız yoxdur dəfn etməyə. Bu gün aparacağıq Gürcüstana. Sərhəddi keçməliyik”.

Bu sözləri “criminal.az”-a mayın 3-də avtomobil qəzası nəticəsində ölmüş Xəyalı Məmmədovanın xalası Yeganə xanım deyib. Onun sözlərinə görə, X.Məmmədovanın meyidi hələ dəfn olunmayıb:

“Ailənin imkanı yoxdur ölüsünü götürməyə. Anası da özünü öldürür ki, balasını öldürənlər onun meyidini yerdə qoymasınlar”.

X.Məmmədovanı Bakının Sabunçu rayonu ərazisində Bakıxanov qəsəbəsindən metronun “Neftçilər” stansiyası istiqamətinə gələn yolda “Porsche” markalı “99-BS-999” dövlət nömrə nişanlı avtomobil vuraraq öldürüb. Maşın iş adamı Füzuli Fərəcovun adınadır. Maşını onun azyaşlı oğlu Ağaəli Fərəcovun idarə etdiyi bildirilir.

Xalanın sözlərinə görə, Xəyalə Gürcüstanda yaşayırdı, Bakıya uşaqlarını görməyə gəlibmiş: ”Uşaqları balacadır, bağça yaşlarında olan iki qızı var. Ərindən boşanmasa da, ayrı yaşayırdılar. Uşaqlar isə ataları ilə qalırdı. Özü ilə gözəllik salonunda süpürgəçi işləyirdi. Hadisə baş verən gün Razində gözəllik salonundan çıxan zaman maşın vurub. Maşın elə sürətlə hərəkətdə olarkən vurub ki, zərbənin təsirindən Xəyaləni yoldan kənara atıb. Başından aldığı zərbədən yerindəcə keçinib”.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button