2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Xameneyi alov içində. Öldürülən etirazçıların fotoları İran televiziyasında

Tehranda və digər şəhərlərdə etirazlar davam edib

Saytların yığılması Saytlarin yigilmasi

İranda fəallar dövlət televiziyasının canlı yayımını pozaraq ölkədə davam edən etirazları dəstəkləyən təsvirlər, mesajlar yayıblar.

Oktyabrın 8-də dövlət televiziyasında Ali dini lider Ayətullah Əli Xameneyinin dövlət məmurları ilə görüşündən reportaj kəsilib, ekranda öldürülmüş etirazçıların, 22 yaşlı Məhsa Əmininin fotoları görünüb. Əmini ötən ay baş örtüyünü boş bağladığına görə əxlaq polisi tərəfindən saxlanandan sonra vəfat edib və bundan sonra ölkəni hicaba, rejimə qarşı etirazlar bürüyüb.

Ekranda Xameneyini hədəfə alınmış, alov dilimləri ilə əhatələnmiş fotosu peyda olub. Bu görüntülərə görə Edalat-e Ali haker qrupu məsuliyyəti götürüb. Fotolardan sonra “bizə qoşulun, ayağa qalxın” sözləri görünüb.

Yarırəsmi Tasnim xəbər agentliyi də dövlət televiziyası yayımının “əksinqilab agentləri tərəfindən bir neçə anlıq haker hücumuna məruz qaldığını” təsdiqləyib.

İran Dövlət Radio və Televiziyasının sözçüsü Hasaneyn Haddad isə deyib ki, insident haker hücumu deyil, kanal daxilindən “vandalizm və filtrasiya” aktı olub.

Əmininin sentyabrın 16-da vəfatından sonra baş qaldıran etirazlar elə həmin yayım gecəsi də Tehranda və digər şəhərlərdə davam edib.

Oktyabrın 8-fə əsasən kürdlərin yaşadığı vilayətlərdə, o cümlədən Sənəndəcdə əmək tətilləri baş verib, iki etirazçının güllələnərək öldürüldüyü bildirilir. Təhlükəsizlik qüvvələri Saqezdə də atəş açmaqda suçlanır.

Osloda yerləşən İran İnsan Hüquqları təşkilatının məlumatına görə, artıq dördüncü həftəyə keçmiş etirazlarda 90-da çox etirazçı öldürülüb. Digər qruplar bu sayın 160-dan çox olduğunu deyirlər. Yüzlərlə etirazçı yaralanıb, minlərlə saxlanan var.

İran siyasi liderləri isə oktyabrın 9-da ölkədəki vəziyyətin müzakirəsinə yığışıblar, prezident idarəsi bu haqda məlumat yayıb.

Görüşə Prezident İbrahim Rəisi, parlamentin spikeri, ədliyyənin başçısı qatılıb.

24 saat” “
Xameneyi alov içində. Öldürülən etirazçıların fotoları İran televiziyasında
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button