2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Xameneyi Ruhanini ölkəyə qərb təhsilini gətirmək cəhdində günahlandırır

xamneyiİranın ali dini rəhbəri prezident Həsən Ruhani hökumətini ABŞ “Qərb təsirli” təhsil sistemini təblig etdiyinə görə tənqid edib. Mühafizəkarlar təhsil planının İslami prinsiplərə zidd olduğunu deyir.

Ayətullah Əli Xameneyinin bu açıqlamaları mayın 19-da Həsən Ruhaninin yenidən prezident seçilmək üçün namizəd kimi qatıldığı prezident seçkilərindən öncəyə təsadüf edir.

Saytların yığılması Saytlarin yigilmasi

“Bu ölkənin əsasını İslam və Quran təşkil edir. Burada qüsurlu, korrupsiyalaşmış və dağıdıcı Qərb tərzinə öz təsirini yaymaq üçün yer verilməyəcək”, Xameneyi təhsil işçilərinin toplantısında bildirib.

Xameneyi BMT-nin Təhsil, Elm və Mədəniyyət təşkilatı olan UNESCO-nun 2030-cu il Təhsil proqramına istinad edərək deyib: “Belə bir sənədin İslam Respublikasında qəbul edilməsi heç bir məntiqə sığışmır.”

O, UNESCO-nun planının əleyhinə olması ilə bağlı detallara varmayıb, amma İranda mühafizəkar şərhçilər burada təhsildə gender bərabərliyinin təşviqinin İslama zidd olduğunu bildiriblər. (amerikaninsesi.org)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button