2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Xankəndidə separatçı rejimin dövründə tikilmiş binalar sökülür

Xankəndidə separatçı rejimin dövründə tikilmiş binalar sökülür.

Toplum TV APA-ya istinadən xəbər verir ki, sökülən tikililər arasında separatçı rejimin “parlament” adlanan binası və “Artsaxı azad etmiş döyüşçülər” ittifaqının binası da var.

Azərbaycan tərəfi ermənilərin sökülən tikililəri “tarixi irs” kimi qiymətləndirmələrini rədd edir. 

Saytların yığılması Saytlarin yigilmasi

Bildirilir ki, qondarma “Artsax parlamenti”nin binasının açılışı separatçı rejimin elan edilməsinin 16-cı ildönümü günü – 2007-ci il sentyabrın 2-də olub.

Xankəndi şəhərinin mərkəzi meydanda tikilmiş “Arsaxı azad etmiş döyüşçülər” ittifaqı binasının açılışının isə 2013-cü il mayın 9-da baş tutduğu qeyd olunub. 

Bununla yanaşı, işğal dövründə Xankəndidə sovet dövründəki Baş plandan kənar xeyli qanunsuz tikilinin inşa olunduğu vurğulanıb. Qanunsuz tikililərin isə  qarşısının alınacağı bildirilib. 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button