2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Xankəndidə ucaldılan bayraq Azərbaycanın güclü iradəsinin təsdiqidir” – RƏY

“Xankəndidə ucaldılan üçrəngli bayraq bütün məsələləri Azərbaycan dövlətinin iradəsinin həll etdiyini təsdiqlədi”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputatın sözlərinə görə, Azərbaycan “Heydər Əliyev İli”ndə və Prezident İlham Əliyevin faəliyyətinin 20-ci ilində növbəti dəfə tarix yazıb: “Şanlı Azərbaycan bayrağı Xankəndidə, Xocalıda, Xocavənddə, Əsgəranda, Ağdərədə, Sərsəngdə ucaldılıb. 2003-cü ilin oktyabrında xalqın etimadını qazanaraq Prezident seçilən cənab İlham Əliyev bütün torpaqlarımızın işğaldan azad olunmasını bir nömrəli vəzifə kimi qarşıya qoymuşdu. Bu müqəddəs vəzifənin icrası bir an belə təxirə düşmədi. Azərbaycan bu illər ərzində gücləndi, dünya miqyasında özünə layiqli yer tuta bildi. Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün yaratdığımız güclü siyasi və hüquqi zəmin, ordumuzun gücləndirilməsi ədalətin bərpasında həlledici rol oynadı. Təsadüfi deyil ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilir”.

“Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur edən ordumuz 23 saat davam edən antiterror əməliyyatı zamanı növbəti dəfə gücümüzü göstərib. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın son 20 ildə qazandığı nailiyyətlər böyük qələbəni şərtləndirib və Azərbaycan 30 il davam edən ədalətsizliyə təkbaşına son qoyub. Dövlət başçımız hər zaman deyib ki, Ermənistan bizimlə heç cür rəqabət apara bilmir və bilməyəcək. Tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, iqtisadi güc bizdədir, hərbi güc bizdədir, vətənpərvərlik ruhu bizdədir. Aprel qələbələri, Naxçıvan qələbələri bir daha ordumuzun, xalqımızın vətənpərvərlik ruhunu möhkəmləndirir, bir daha Azərbaycan xalqını əmin edir ki, o, tam arxayın ola bilər, Azərbaycan Ordusu istənilən tapşırığı yerinə yetirə bilər”, – Milli Məclisin üzvü xatırladıb.

“Bu günün reallığı bir daha sübut edir ki, 20 il ərzində Prezident İlham Əliyevin dediyi sözlər, verdiyi vədlərin hamısı əməli təsdiqini tapıb. Cənab Prezident haqlı olaraq bəyan etdi – “Mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar. Antiterror tədbirlərini unutmasınlar! Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, bax, bu kadrlara yaxşı baxsın”. Bu mesaj həm Ermənistana, həm də onun havadarlarına edilən xəbərdarlıqdır. Heç kim bizi haqlı mövqeyimizdən yayındıra bilməz. Dövlət başçımızın Xankəndidə söylədiyi kimi, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə edib. Bu qələbə kökü 200 il əvvələ gedən problemi kökündən həll edib. Azad olunmuş ərazilərimizdə ucalan şanlı bayrağımız bir daha təsdiqlədi ki, bütün məsələləri Azərbaycan dövlətinin iradəsi həll edir”, – K.Nurullayeva vurğulayıb.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button