2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Xaricidə təhsil üçün sənəd qəbulunun vaxtı açıqlanıb

Azərbaycanda Dövlət Proqramı çərçivəsində 2023-2024-cü tədris ili üzrə xaricdə təhsil üçün sənəd qəbuluna dekabrda başlanılacaq.

Saytların yığılması Saytlarin yigilmasi

AZƏRTAC-ın xəbərinə görə, bunu Elm və Təhsil nazirinin müşaviri Nicat Məmmədli “Təhsil masa”sında çıxışında deyib.

Nazir müşaviri bildirib ki, proqramdan 400 tələbənin yararlanması nəzərdə tutulur: “Hər kəs üçün əlçatanlığın təmin edilməsi məqsədilə bu il qeydiyyat daha tez başlanacaq. Hamıya bərabər imkanlar yaradılacaq ki, proqrama müraciət edə bilsin”.

N.Məmmədli deyib ki, proqramda yer alan 15 prioritet ixtisas arasında magistratura səviyyəsi üzrə ixtisasların çoxluğu nəzərə alınıb. Nəticədə 320 magistr, 80 nəfər isə bakalavr tələbəsinin proqramdan faydalanması nəzərdə tutulub.

Bu ilin fevralında “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” (ikinci) təsdiqlənib. Sənəddə hədəf 2022–2026-cı illərdə, hər il 400 olmaqla, ümumilikdə 2 minədək Azərbaycan vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin təmin edilməsidir.

Xaricdə təhsillə bağlı ilk dövlət proqramı 2007-2015-ci illəri əhatə edib. Bu ilk proqram çərçivəsində 5 min Azərbaycan vətəndaşının ölkədən kənarda təhsil alması nəzərdə tutulurdu. Amma proqram çərçivəsində 3 min 558 gənc xaricə təhsil almağa göndərilib. Onların təhsil alması üçün 90 milyon manatdan çox vəsait ayrıldığı açıqlanıb.

Onların bir hissəsi Azərbaycana dönməyib.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button