2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Xarkovda 7 nəfər öldürülüb

Ukrayna ordusu 29 “işğalçı”nın öldürüldüyünü, artilleriya, zirehli texnika, hərbi sursat deposunun dağıdıldığını bildirir

Saytların yığılması Saytlarin yigilmasi

Ukrayna ordusu avqustun 18-də cənubi Xerson vilayətində Rusiyanın hücumunu dəf etdiyini bildirib. Şimaldakı Xarkov şəhərinin atəşə tutulması nəticəsində isə yeddi nəfər həlak olub, 16 nəfər yaralanıb.

Prezident Volodimir Zelenski Xarkovun atəşə tutulmasını, yataqxananın vurulmasını “rəzil və sinik” adlandırıb.

“Xarkov üçün ağrıyırıq. Raket hücumu… Yataqxanaya… Bina tamamilə dağılıb. Dinc sakinlərə rəzil və sinik hücumun əsaslandırması yoxdur, təcavüzkarın gücsüzlüyünü göstərir. Unutmayacağıq, qisas alacağıq”, – Zelenski Telegram-da yazıb.

Ukraynanın cənubunda isə Xersondan şimal-şərqdə, Bilohirka şəhəri yaxınlığında Rusiya qüvvələrinin hücumunun qarşısının alındığı bildirilir. Məlumatı hərbi təhlilçi Oleh Jdanov yayıb.

Ukrayna ordusu 29 “işğalçı”nın öldürüldüyünü, artilleriya, zirehli texnika, hərbi sursat deposunun dağıdıldığını bildirir.

Bu iddiaları müstəqil təsdiqlətmək mümkün olmayıb.

“Strateji çıxmaz”

“Ötən aydan bəri Rusiya qüvvələri minimum irəliləyişə nail olub, bəzi hallarda biz irəliləmişik. İndi gördüyümüz ‘strateji çıxmaz’dır”, – prezidentin müşaviri Oleksey Arestoviç videomüraciətində söyləyib.

Britaniyanın Müdafiə Nazirliyi avqustun 18-də gündəlik kəşfiyyat bülletenində qeyd edir ki, komandirlərin aşağı səviyyədə döyüş intizamını bərqərar etməməsinin işğal başlayandan Rusiya qüvvələrinin ümumilikdə zəif perfomansında qismən rolu olub.

Kəşfiyyat Rusiya qüvvələrinin tank zirehini adekvat şəkildə quraşdıra və ona qulluq göstərə bilməməsini Moskvanın tank və zirehli texnika itkisinin böyük olmasının əsas səbəbi kimi görür. Bu nöqsanın 1994-cü il birinci Çeçen müharibəsində də nəzərə çarpdığı vurğulanır.

24 saat” “
Xarkovda 7 nəfər öldürülüb
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button