2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Şou

“Xatun müğənniləri ələ salır” – Aygün Xatunun cavabını verdi

Xalq artisti Aygün Kazımova ifaçı Xatun Əliyevanın müğənniləri parodiya etməsinə münasibət bildirib. A.Kazımova “10-dan sonra” verilişində bildirib ki, X.Əliyeva müğənniləri parodiya etmir, ələ salır:

“Əgər siz doğurdan da parodiya etmək istəyirsinizsə, həmin müğənninin hərəkətlərinə diqqət yetirin. Onun danışdığı sözlərə fikir verin: hansı sözlərlə populyar olub, tamaşaçının xoşuna gəlib, hansı sözlərlə tutuzdurub. Geyiminə fikir verin. Məsəl üçün, o gün Xatun Əliyevanın müğənnini parodiya etməsinə baxdım. Xatun özü nə istədi onu danışdı. Ola bilsin həmin müğənninin geyimini oxşadıb, amma danışıq, ssenari, mətn hamısı hazırlanmalıdır ki, qarşı tərəfə pis təsir etməsin. Xatunun parodiyasından elə çıxdı ki, Xatun çıxıb efirdə müğənnini ələ salır. Ya yaxşı hazırlaşmamışdı, ya da…Fikrimcə, səhnəyə çıxırsansa, tam hazırlıqlı çıxmalısan. Əgər sən peşəkar birini parodiya edirsənsə, peşəkarcasına parodiya etməlisən. Axı parodiya etmək də bir sənətdir”.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button