2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

XİN: Ermənistanın yerləşdirdiyi minalar ciddi problem olaraq qalır

2020-ci ilin noyabr ayından indiyədək mina partlayışlarında 346 azərbaycanlı qurban olub.

Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində paylaşım edib.

Bildirilib ki, mina partlayışı nəticəsində daha bir mülki şəxs ağır yaralanıb. Beləliklə, 2020-ci ilin Ermənistanla atəşkəs bəyanatı imzalanandan sonra mina partlayışlarında 346 azərbaycanlı qurban olub. 

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, martın 3-də 1995-ci il təvəllüdlü Ağdam rayon sakini Abbasov Bəxtiyar Yaqub oğlu keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.

Xəstəyə hər iki ayağın travmatik amputasiyası və partlayış travması diaqnozu qoyulub. 

Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər. 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button