2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Xocalı abidəsi önündə saxlanılan AXCP fəalı sərbəst buraxılıb

Fuad Qəhrəmanlı: “Guya kiməsə iynə batırıb”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Baba Süleyman fevralın 26-da Bakıda Xocalı faciəsi ilə bağlı ucaldılan “Ana Harayı” abidəsini ziyarət edib çıxdıqdan sonra polis tərəfindən saxlanılıb.

Fəalın saxlanılma səbəbi kimi ondan bir şəxsin şikayət etdiyi göstərilir.

Saytların yığılması Saytlarin yigilmasi

AXCP sərinin müavini Fuad Qəhrəmanlı Meydan TV-yə deyib ki, Baba Süleyman Xətai Rayon Polis İdarəsinə aparılıb. Ondan şikayət edən şəxs isə özünü jurnalist kimi təqdim edib:

“Şikayət edən şəxs guya deyib ki, Baba Süleyman ona iynə batırıb”.

Qəhrəmanlının sözlərinə görə, polis idarəsinə aparılan fəal bir qədər sonra sərbəst buraxılıb.

Daxili İşlər Nazirliyi (DİN) Baba Süleymanın saxlanıldığını “Turan”a təsdiqləyib.

DİN-dən bildirilib ki, o tədbir iştirakçılarının birinin şikayəti əsasında saxlanılıb, araşdırma aparılır.

Xocalı faciəsinin bundan əvvəlki ildönümlərində də anım mərasimlərində AXCP üzvləri ilə polis və ya başqa şəxslər arasında müəyyən insidentlər yaşanıb.

AXCP belə halları onlara qarşı təzyiq kimi dəyərləndirib. Amma rəsmi qurumlar belə dəyərləndirmələri qəbul etmirlər.

Azərbaycanda hər il fevralın 26-da Xocalı faciəsi yad edilir.

1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal edib.

İşğal nəticəsində 613 nəfər dinc sakinin qətlə yetirildiyi, min 275 nəfərin əsir götürüldüyü, 150 nəfərin isə itkin düşdüyü açıqlanıb.

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu.

Azərbaycan Xocalı şəhəri də daxil, Qarabağ bölgəsi və ətraf yeddi rayona nəzarəti itirmişdi. Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Azərbaycan həmin ərazilərin böyük bir hissəsinə nəzarəti bərpa edib.

Ötən il sentyabrın 19-20-də isə Bakı Qarabağda “lokal antiterror tədbirlər”i elan edib. Yerevan isə bunu “etnik təmizlənmə” kimi dəyərləndirib.

Bundan sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button