2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Xorvatiyada azərbaycanlı idmançıları axtarırlar

Ağırlıqqaldırma üzrə Avropa Çempionatında iştirak etmək üçün Xorvatiyaya gedən 7 azərbaycanlı idmançını yerli təşkilatçılar tapa bilmirlər. Bu barədə Xorvatiyanın yerli mətbuatı məlumat yayıb.

Ağırlıqqaldırma üzrə Avropa Çempionatı aprelin 2-dən 8-dək Xorvatiyanın Split şəhərində keçirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Yerli mətbuatın yazdığına görə, Oktay Muxtarov, Məhəmməd Məmmədli, Kamran İsmayılov, Elnur Hüseynov, İsa Rüstəmov, Hüseyn İsmayılov və İlham Məmmədov Split şəhərinə gəliblər, amma bir gün sonra heç bir xəbər olmadan yoxa çıxıblar. Bununla da yarışda iştirak etməli olan 42 ölkədən biri siyahıdan çıxıb. Məlumata görə, adıçəkilən idmançılar martın 31-dən aprelin 1-dək oteldə otaq tutublar, amma yalnız bir gün – martın 31-də otaqda qalıblar.

Yerli jurnalistlər ehtimal edirlər ki, azərbaycanlı idmançılar dopinq testindən qorxduqlarına görə belə addım atıblar.

«HEÇ BİR XƏBƏR ETMƏDƏN, İZ QOYMADAN YOXA ÇIXIBLAR»

İdmançıların yoxa çıxması ilə bağlı xəbəri AzadlıqRadiosuna Xorvatiya Ağırlıqqaldırma Federasiyasının baş katibi Jakša Ivanišević də təsdiqləyib. Deyib ki, adıçəkilən idmançılar Split şəhərindəki «Rodisson» otelində 1 gün qalıblar, daha sonra yarışmanın qeydiyyat məntəqəsində qeydiyyata düşüblər və bundan sonra onlarla əlaqə yaratmaq mümkün olmayıb. Amma baş katib dopinqlə bağlı deyilənlərə inanmadığını da əlavə edib:

«Mən bu deyilənlərə inanmıram. Əgər onların dopinqlə bağlı belə bir narahatçılığı olsaydı, elə ilk gündən Splitə gəlməzdilər. Ola bilsin ki, başqa bir səbəb var. Dəqiq heç nə deyə bilmərəm».

«SON ANDA QƏRAR VERDİK»

Azərbaycan Ağır Atletika Federasiyası isə Azərbaycan idmançılarının dopinq testdən keçməkdən yayındıqları ilə bağlı deyilənləri əsassız sayıb.

AzadlıqRadiosuna müsahibəsində Federasiyanın mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev deyib ki, Xorvatiyaya cəmi iki idmançı yollanıb və sonradan geri çağrılıblar:

«Xorvatiyada çempionat keçirilir. May ayında Bakıda IV İslam Həmrəyliyi Oyunları olacaq. Ağırlıqqaldırma növü bu oyunlarda da yarışlar sırasına daxil edilib. Belə qısa müddət ərzində iki yarışda var güclə iştirak etmək çətindir. Odur ki, Xorvatiyaya nisbətən ehtiyat variantda olan idmançıların getməsi qərara alındı. Nəticədə Xorvatiyaya iki nəfər idmançının getməsi məqbul sayıldı. Son anda isə Xorvatiyaya yarımçıq heyətin getməsi də məqbul sayılmadı və onlar da geri çağırıldılar».

K.Məstəliyev də qeyd edir ki, həmin idmançılar Xorvatiyada qeydiyyata düşüblər. Amma onların son anda yarışlara qatılmamaları qətiyyən onların dopinqdən qorxmaları ilə bağlı deyil: «Yəqin ki, çempionata gedən komanda təkcə yarışda iştirak etməyi nəzərdə tutmur. Həm də dopinq-test olacağını da bilir və buna da hazırlaşır. Odur ki, bu barədə deyilənləri əsassız sayıram».

K.Məstəliyev deyir, son anda Məşqçilər Şurası bu qərarı qəbul etdi ki, ölkənin ağır atletika komandası Həmrəylik Oyunlarına var gücü ilə qatıla bilsin.

Amma nədənsə, Xorvatiya Ağırlıqqaldırma Federasiyasının baş katibi J.Ivanišević Azərbaycanın bu qəfil geriçəkilmə qərarının ona bəlli olmadığını deyir. (azadliq.org)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button