2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Xüsusi xidmət orqanlarının terror aktı barədə əvvəlcədən məlumatları olub

Məhz bunun sayəsində ikinci partlayışın qabağı alınıb
Rusiya xüsusi xidmət orqanları Sankt-Peterburqda terror aktının hazırlanmasından əvvəlcədən məlumatları olub.

“Kommersant” qəzetinin xüsusi xidmət orqanlarındakı etibarlı mənbələrinə istinadən verdiyi məlumata görə, terror aktının hazırlanması barədə informasiyanı İŞİD-lə əməkdaşlıq edən və təşkilatın içinə sızmış rusiyalı agent xəbər verib.
Həmin şəxs Suriyada döyüşən İŞİD-çilərin içində olub.

Lakin rus agent silahlıların təşkilati iyerarxiyasında aşağı pillədə yer alıbmış və onu tərəfindən təqdim olunan informasiya heç də tam və təfsilatlı olmayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Qəzetin həmsöhbətinin verdiyi xəbərə əsasən, həmin adam öz terrorçu dəstə üzvləri ilə telefon əlaqəsi saxlayırmış. Bunun sayəsində əməliyyatçılar bütün terrorçuların nömrələrini müəyyən etməyə müvəffəq olublar. Təxmin edildiyi kimi, bu nömrələr bazardan alınmış olub, gerçək insanların adları ilə bağlı deyilmiş. Bu səbəbdən təhlükəsizlik orqanları sadəcə onların danışıqlarını izləməklə kifayətlənməli olublar.

Telefon danışıqlarında terrorçular aksiyanın mahiyyətini açacaq söhbətdən qaçıblar. Danışıqlar olduqca qısa, şəxs və yer adları çəkilmədən gerçəkləşdirilib.

Metrodakı partlayış xüsusi xidmət işçilərini əməliyyatı dayandırmağa məcbur edib. Aşkar edilən bütün telefonlar dərhal əməliyyatçılar tərəfindən bloklanıb. Bu da terror dəstəsini rabitədən məhrum edib.

Xəbərdə Sankt-Peterburq metrosuna keçirilən və biri partlayan bombaların məhz mobil telefon vasitəsilə idarə olunduğu göstərilib. İstisna olunmur ki, xüsusi xidmət orqanlarının telefonları blok etmək qərarı metrodakı ikinci partlayışın qarşısını alan faktor olub.

Qəzet bütün bunların hələ ki, ilkin təsbitlər olduğunu və rəsmi mənbələr tərəfindən təsdiqlənmədiyini qeyd edib.

musavat.com

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button