Bizim tərcümə

Yaponiya tərəfindən Şimali Koreyaya qarşı əlavə sanksiyalar

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-10-18 10:18:51

Yaponiyada hökumət son həftələrdə ardıcıl raket sınaqları ilə silah proqramını sürətləndirən Şimali Koreyaya qarşı tədbir görüb.

Yaponiya Nazirlər Kabinetinin Baş katibi Hirokazu Matsuno, Pxenyanın raket və nüvə silahları proqramı ilə məşğul olan daha 5 təşkilatın aktivlərinin dondurulması və Şimali Koreyaya qarşı əlavə sanksiyaların tətbiqi barədə qərar qəbul etdiklərini açıqlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Pxenyanın təxribatlarının Yaponiyanın təhlükəsizliyinə ciddi təhdidlər yaratdığını vurğulayan Matsuno Şimali Koreyanın beynəlxalq sülh və sabitliyi təhdid edən ehtiyatsız hərəkətlərini “tamamilə dözülməz” adlandırıb.

Matsuno bildirib ki, ölkəsi Pxenyanı silah proqramı və qaçırılan Yaponiya vətəndaşları da daxil olmaqla, problemlərin həlli üçün konkret addımlar atmağa çağırıb.

SEUL DA SANKSİYALARI UZATDI

Şimali Koreya 2022-ci ilin əvvəlindən bu yana ballistik raketlər və müxtəlif mənzilli qanadlı raketlər də daxil olmaqla 27 raket sınağı həyata keçirib.

Nəhayət, Cənubi Koreya hökumətinin son 5 ildə ilk dəfə Pxenyana sanksiya tətbiq etmək qərarına gəldiyi, 15 nəfəri və raket inkişafı ilə məşğul olan 16 qurumu sanksiyalar siyahısına əlavə etdiyi ictimailəşdi.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button