Loading...
Loading...
SEÇMƏ

Yayılmış səs yazısı ilə bağlı araşdırma başlayıb

Yayımlandı: 19 Sentyabr 2022 15:00

Məktəb direktorunun müəllimlərdən pul tələb etdiyi iddia olunur

Sosial şəbəkələrdə məktəb direktorunun müəllimlərdən pul tələb etməsilə bağlı səs yazısı yayılıb. Həmin audioyazının Sumqayıtdakı 32 saylı orta məktəbin kollektivindən ibarət “Whatsapp” qrupuna göndərildiyi iddia olunur.

Səs yazısında müəllimlərdən 50 manat istənilir və məktəbin təmirinə xərclənəcəyi bildirilir.

“Şüşələr sınıqdı, salınacaq… Dəhlizlərə bu 4 gündə bir az əl gəzdiriləcək. Usta haqqı ilə birlikdə ancaq çatdıracağıq. Artıq pul qalsa, bir balaca da mərkəzi yerlərdə jalüzlərin təmirinə diqqət yetiriləcək. Əgər çatsa…”

Bundan başqa, avqustun sonundan etibarən məktəbə – işə gəlməyənlərin də maaşında azalma olacağı haqda xəbərdarlıq edilir.

Sözügedən səs yazısının 32 saylı orta məktəbin direktoru Esmira İbrahimovaya aid olduğu və tədris ili başlamamışdan az öncə göndərildiyi barədə məlumatlar yayılıb.

Baş Prokurorluğun Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilib ki, sözügedən səs yazısıyla bağlı artıq araşdırma başlayıb:

“Sumqayıt şəhər 32 saylı orta məktəbin direktorunun müəllimlərdən pul tələb etməsi barədə yayılmış səs yazısı ilə bağlı prokurorluq orqanları tərəfindən araşdırma aparılır”.

Meydan TV

Gözdən qaçırmayın:  “Mən uşağı oğurlamamışam, 3 min manata atasından almışam…”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button