2022-12-20 11:52:40
Braziliyanın Rio-de-Janeyro şəhərindən havaya qalxan United Airlines sərnişin təyyarəsi turbulentliyə düşüb. Texas ştatının Hyuston beynəlxalq hava limanına enən təyyarənin göyərtəsində olan 5 nəfər xəsarət alıb.
United Airlines şirkətinin mövzu ilə bağlı verdiyi açıqlamada, “128 saylı reys Hyustona gedərkən gözlənilməz turbulansla üzləşdi. Enişdən sonra 3 ekipaj üzvü və 2 sərnişinə ilk tibbi yardım göstərildi. Yüngül yaralanan 5 nəfər yerli xəstəxanaya çatdırıldı. Biz sərnişinlərimizin təhlükəsizliyini təmin etmək üçün göstərdikləri səylərə görə minnətdarıq”.
İKİNCİ TƏYYARƏT TURBULENTSƏ QALDI
Dünən ABŞ-ın Arizona ştatının Feniks şəhərindən 278 sərnişin və 10 ekipajla havaya qalxan Hawaiian Airlines təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra turbulentliyə girib. Yerli vaxtla saat 20:50-də Havay adalarının Honolulu şəhərindəki Daniel K. İnouye Beynəlxalq Hava Limanına enən təyyarədə 11-i ağır olmaqla 36 nəfər yaralanıb. Xəsarət alanlar arasında 14 aylıq körpə və bir uşağın olduğu bildirilib. Mövzu ilə bağlı Hawaiian Hava Yolları tərəfindən edilən şərhdə “Hava limanında yüngül yaralanan sərnişinlərə və ekipaj üzvlərinə lazımi müdaxilələr edildi. Bəziləri xəstəxanaya göndərildi” ifadələri yer aldı. Üç ekipaj üzvü və 20 nəfər huşsuzluq və müxtəlif bədən xəsarətləri səbəbindən xəstəxanaya yerləşdirilib.
Digər tərəfdən təyyarə turbulentliyə girdiyi zaman bölgədə şiddətli fırtınanın təsirli olduğu açıqlanıb.
Tərcümə“24 SAAT”
You must log in to post a comment.