Loading...
Loading...
Texnologiya

Yeni orta büdcəli OnePlus Nord N20 smartfonu təqdim edilib – QİYMƏTİ

    OnePlus Nord smartfon seriyasına Nord N20 adlı yeni smartfon daxil olub. Snapdragon prosessoru əsasında çalışan bu smartfon öz dizaynı, təkmilləşdirilmiş kameraları və sürətli şarj texnologiyasının dəstəyi ilə fərqlənir. Beləliklə OnePlus Nord N20 smartfonu 60 Hz-lik təsvir yenilənməsinə sahib 2400×1080 piksel keyfiyyətli 6.43 düym AMOLED ekran ilə təchiz olunub. Ekranın yuxarı sol hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Bununla yanaşı barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Smartfon özündə kontaktsız ödənişlər üçün NFC çipini və naqilli qulaqlıqlar üçün 3.5 mm-lik audiogirişi birləşdirir.

    Əsas texniki göstəricilərə gəldikdə isə OnePlus Nord N20 modeli 6 nanometrlik 8 nüvəli Snapdragon 695 prsessoru, 6 GB RAM, 128 GB daxili yaddaş həcmi (512 GB-a kimi microSD dəstəkli), 64 MP + 8 MP + 2 MP üçlü arxa kamera, 16 MP-lik ön kamera və 33 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Qeyd etmək lazımdır ki, smartfonun arxa kameraları saniyədə 30 kadr sürətlə 1080p 720p keyfiyyətində videolar çəkə bilirlər. Smartfonun ön kamerası da saniyədə 30 kadr sürətlə həmin keyfiyyətdə videoların çəkilməsi imkanına sahbdir. OnePlus Nord N20 modeli OxygenOS 11 interfeysli Android 11 vasitəsilə çalışır. Smartfon bu ayın sonunda 282$ qiymətində satışa çıxacaq.

24 saat” “Yeni orta büdcəli OnePlus Nord N20 smartfonu təqdim edilib – QİYMƏTİ” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Alimlər kosmosun dərinliklərindən gələn sirli radio şüalanmaların mümkün mənbələrini təyin ediblər

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button