2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Yeni qızıl yatağında qazma işləri yekunlaşıb

Azərbaycanda qızıl hasilatı ilə məşğul olan “Anglo Asian Mining Plc” şirkəti Gədəbəydəki “Uğur” yatağında ikinci faza aktiv zona üzrə qazma işlərini tamamlayıb.

Bu barədə şirkətin press-relizində bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Şirkət işlərin tamamlanmasının 2017-ci ilin ikinci yarısında yataqdakı qızıl ehtiyatlarının qiymətləndirilməsinə imkan verəcəyini qeyd edib.

Şirkət hazırda qazma nümunələrinin ekspertizasının aparıldığını bildirir.

Ötən ilin sonunda «Anglo-Asian Mining Plc.» şirkəti Gədəbəydəki yeni “Uğur” yatağında qızıl ehtiyatı ilə bağlı kəşfiyyat aparmaq məqsədilə lisenziya almışdı.

Xatırlatma

Azərbaycanda qızıl və gümüş 1997-ci il avqustun 21-də imzalanmış PSA (Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasil olunur.

Müqavilə 6 yatağın – Naxçıvanda 1, Gədəbəydə 2, hazırda Ermənistan silahlı qüvvələrinin nəzarət etdiyi Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur.

«Anglo-Asian Mining Plc.» şirkəti Azərbaycanın 6 qızıl yatağının işlənməsi layihəsinin operatorudur.

Azərbaycanda ilk qızıl hasilatına («Gədəbəy» yatağında) 2009-cu ildə başlanılıb.

Gədəbəy yatağında təqribən 22 ton qızıl, 192 ton gümüş, 37 min ton mis ehtiyatının olduğu güman edilir.

Son illər Azərbaycanda qızıl hasilatının azaldığı bildirilir.

2016-cı ilin yanvar-iyul aylarında Azərbaycanda qızıl hasilatı 1 min 115,9 kq təşkil edib. Bu da 2015-ci ilin analoji dövrünün göstəricisindən 15,8 faiz azdır.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button