2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Telekommunikasiya xəbərləriXəbərlərYerli biznes xəbərləri

Yeni rəhbərlik “Azərpoçt”u necə xalis mənfəətə çıxarıb?

Dövlətə məxsus milli poçt şəbəkəsinin operatoru “Azərpoçt” MMC əlindəki nağd vəsaitlərindən gəlir əldə etmək üçün investisiya portfelini bir qədər də yüksəldib. Bu maliyyə aləti hesabına gəlirlər kəskin artıb. Şirkətin xalis mənfəətində investisiya gəlirlərinin böyük payı var.

Saytların yığılması Saytlarin yigilmasi

Banker.az bu barədə şirkətin audit hesabatına istinadən xəbər verir.

Hesabatda qeyd edilir ki, “Azərpoçt” 2022-ci ildə investisiya qiymətli kağızlar üzrə portfelini 312.67 mln. manata qaldırıb. Bunun da 148.14 mln. manatı uzunmüddətli və 164.53 mln. manatı isə qısa müddətli olub.

2021-ci ildə 192.82 mln. manat investisiya qiymətli kağızlar portfeli vardı. Bunun 99.35 mln. manatı uzunmüddətli və 99.32 mln. manatı isə qısa müddətli investisiya qiymətli kağızlar olub.

İnvestisiya qiymətli kağızlar deyildikdə, dövlət və korporativ istiqrazlar, səhmlər və s. olur.

Adətən şirkətlər əllərindəki nağd vəsaiti inflyasiyadan qorumaq və ya əlavə gəlir əldə etmək üçün bu alətdlərdən istifadə edirlər. “Azərpoçt”un da yeni rəhbərliyi bu imkandan əldən qaçırmayıb. 2022-ci ildə istiqraz portfelini 62% artırıb.

Yeri gəlmişkən, hazırda şirkətin İdarə Heyətinin sədri Əfqan Cəlilovdur. 2021-ci il martından “Azərpoçt”un Baş direktoru vəzifəsinə təyin edilƏ.Cəlilov maliyyə alətləri bazarında təcrübəli kadrdır. Onun son iş yeri “AG Bank” ASC-dir. O, bankın İdarə Heyətinin sədri idi.

Yeni rəhbərliyə qədər “Azərpoçt”un aktivlərində investisiya qiymətli kağızlar portfeli əks etdirilmirdi. Bu sahəyə maraq böyük deyildi.

“Azərpoçt” 2022-ci ildə investisiya fəaliyətindən 2022-ci ili 10.31 mln. manat gəlir əldə edib və bu 2021-ci illə müqayisə edildikdə 2.4 dəfə çoxdur. Onun 2022-ci il üzrə xalis mənfəəti cəmi 54.88 mln. manat gəlirə qarşı 4.33 mln. manat təşkil edib. Öncəki ildə 5.43 mln. manat xalis zərər etmişdi.

Bir sözlə investisiya qiymətli kağızlardan əldə edilmiş 6.08 mln. manatlıq əlavə gəlir mənfəət etməsi üçün

Milli poçt şəbəkəsinin operatorunun “kassasında” 1 yanvar 2023-cü il tarixinə 251.54 mln. manat ekvialentində vəsaitlər var. Bununla belə, nəzərə alınmalıdır ki, 540.56 mln. manatlıq müştəri hesabları var.

Banker.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button