2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Yeni Xiaomi Mi Band 7 smart qolbağı təqdim edilib – QİYMƏTİ

    Redmi brendi Redmi Note 11T ProNote 11T Pro+ smartfonlarından əlavə olaraq çoxdan gözlənilən Mi Band 7 smart qolbağını da təqdim edib. Təqdim edilmiş Mi Band 7 modeli ənənəvi dizaynını qoruyub saxlayıb. Bununla yanaşı o, əvvəlki modellərdən fərqli olaraq bir qədər böyük ekran və batareya həcmi əldə edib. Bundan əlavə olaraq Mi Band 7 qandakı oksigen miqdarının ölçülməsi üzrə geniş funksiyaları və məşqlərin effektivliklərini yüksəltmək üçün təkmilləşdirilmiş xüsusi məşqçi rejiminin dəstəyi ilə diqqəti cəlb edir. Beləliklə yeni Mi Band 7 smart qolbağı 490×192 piksel keyfiyyətli 1.62 düym AMOLED ekran ilə təchiz olunub. Ekran statik təsvirlərlə yanaşı dinamik temaların əks olunmalarını da dəstəkləyir. Əvvəlki Mi Band modellərində olduğu kimi Mi Band 7-nin də gövdəsi 5 ATM standartı üzrə sudan qorunur.

Saytların yığılması Saytlarin yigilmasi

    Ümumilikdə smart qolbaq 100 növ idman hərəkətinin monitorinqini dəstəkləyir. Standart olaraq ürək nəbzinin ölçülməsi ilə yanaşı Mi Band 7 qandakı oksigen səviyyəsini də təyin edə bilir. Bununla belə qandakı oksigen səviyyəsinə smart qolbaq 24 saat ərzində nəzarət edir. Qandakı oksigen səviyyəsinin 90%-dən aşağı olduğu halda bu barədə bildiriş qolbağın ekranında əks olunur və onun gövdəsi vibrasiya verir. Smart qolbaqda reallaşdırılmış daha bir yenilik isə daimi aktiv ekrandır. Əvvəlki Mi Band modellərində olduğu kimi Mi Band 7 də gedilmiş addımların və yandırılmış kalorilərin sayını təyin edə və yuxu keyfiyyətinin monitorinqini apara bilir.

    Bununla yanaşı qolbaq özəl məşqçi rolunda da çıxış edə bilər. Belə ki, qolbağın sistemində olan xüsusi kalkulyator edilmiş məşqlərdən sonra bədənin tam bərpası üçün lazım olan zamanı təyin edir və sağlam bədən formasını dəstəkləmək üçün vacib məsləhətləri çatdırır. Mi Band 7 qolbağı 180 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Məlumata əsasən bir dəfə şarj olunandan sonra qolbaq 14 gün ərzində çalışa bilir. Onu da qeyd etmək lazımdır ki, qolbaq Xiao AI səsli köməkçinin dəstəyinə sahibdir. Mi Band 7 2 versiyada təqdim olunur. Adi və NFC çipinə sahib olan versiya. Çində adi versiyanın qiyməti 36$, NFC dəstəkli versiyanın qiyməti isə 42$ təşkil edir.

24 saat” “Yeni Xiaomi Mi Band 7 smart qolbağı təqdim edilib – QİYMƏTİ” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button