2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

“Yeni Yasamal” klinikasında soyğunçuluq – Detallar

“Yeni Yasamal” klinikası vətəndaşları soğan qabığı kimi soyur

Paytaxtın Yeni Yasamal, Ş.M.Xiyabani 15 c ünvanında yerləşən tibb mərkəzində tariflər bazarı xatırladır. 24saat.org-a şikayət edən bir qrup paytaxt sakini səhiyyə naziri Oqtay Şirəliyevin klinikaya diqqət göstərməsini xahiş edir. Hələ yüksək səviyyədə təmir olunmayan klinika yarımçıq bina ilə fəaliyyətdədir. Bu isə qanuna ziddir. Çünki tibb ocağında bütün lazımi şərait yaradılmalıdır. Amma “Yeni Yasamal” klinikası bu şəraitdə belə vətəndaşlara baha qiymətə xidmət edir. Məsələn, UZİ müayinəsi 55 manata başa gəlir. Klinika bu məbləğin 30 manatı qəbula, 25 manatı isə ultra müayinəyə görə alınır. Adi qəbula 30 manat alınması artıq mövcud bazar tariflərinə də uyğun gəlmir. İddia olunur ki, baş həkim rəhbərlik etdiyi bu tibb müəssisəsində, 800-900 manatdan aşağı məbləğə ümumiyyətlə heç bir xəstəliyin müalicəsini almaq mümkün deyil. “Yeni Yasamal” tibb mərkəzində həkimlərə verilən faiz dərəcələri onların klinikaya müştəri cəlb etmək bacarıqları ilə də təyin edilə bilər. Digər tərəfdən isə, mənbələr bildirirlər ki, bu tibb müəssisəsində xəstələrə təyin olunan dərmanlar da əksər hallarda həkimlərin müqavilə bağladıqları şirkətlər tərəfindən təklif olunan çeşidlərdən seçilir.

Baş həkim Nüşabə xanımı klinikada tapmaq olmasa da, onun əməkdaşlarının “oxuduğu” pulu mütləq tapmalısan. Hazırda klinika rəhbərliyinin ABU rektoru Elşad Abdullayevlə əlaqələri barədə araşdırmalarımız davam edir.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button