Bizim tərcümə

Yeni Zelandiyadan “siqaret qadağası” üçün tarixi addım: Yeni nəsil heç vaxt satın ala bilməyəcək!

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-12-13 15:58:17

Yeni Zelandiyada gələcək nəsillər üçün siqaret çəkmək qadağandır.

Hökumətin qəbul etdiyi qərara əsasən, 2008-ci ildən sonra doğulanlara siqaret satışı ömürlük qadağan edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Yaşı 14 və ondan aşağı olan şəxslərin qanuni siqaret almasının qarşısının alınması ilə bağlı qərar 2023-cü ildə qüvvəyə minəcək.

Yeni Zelandiya Səhiyyə Nazirinin müavini Ayesha Verrall qanunun qəbulundan sonra verdiyi açıqlamada aşağıdakıları söylədi;

“Minlərlə insan daha uzun, daha sağlam yaşayacaq. Səhiyyə sistemi 5 milyard dollar daha yaxşı olacaq, çünki bir çox xərçəng növləri kimi siqaretin səbəb olduğu xəstəliklərin müalicəsinə ehtiyac yoxdur”.

Bu addım səhiyyə mütəxəssisləri tərəfindən müsbət qarşılanıb.

Siqaretin ürək-damar xəstəliklərinin 10 faizinə səbəb olduğu təxmin edilir.

Araşdırmaya görə, 2010-cu ildə Yeni Zelandiyada siqaret çəkənlərin əhaliyə nisbəti 18 faiz təşkil edib. Bu göstərici 2018-ci ildə 11,6 faizə düşüb.

NİKOTİN MƏRƏCƏSİ AZALDIR

Əvvəlki açıqlamada yeni plan çərçivəsində tütün məmulatlarında nikotin nisbətinin də aşağı salınacağı bildirilmişdi.

Bənzər bir qərar qəbul edən Oksfordşir İngiltərədə ‘ilk tüstüdən azad bölgə’ olmağa hazırlaşır. Yeni qərar çərçivəsində bölgədə siqaret çəkmək tamamilə qadağan ediləcək.

Başqa sözlə, Oksfordşirdəki kafe və restoranlar da daxil olmaqla, siqaret çəkmək qadağan olunacaq.

Səlahiyyətlilər planı 2025-ci ildə tətbiq etməyi planlaşdırır.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button