2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Yerevanda dörd kəndin Azərbaycana qaytarılması mexanizmini izah ediblər

Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan Ermənistanın Tavuş vilayətindəki dörd kəndin (Bakı Azərbaycana qaytarılmasını tələb edir) mənsubluğu barədə erməni jurnalistin sualına mənfi cavab verib. Məmur faktiki sərhədin dəyişdirildiyi təqdirdə bəzi kommunikasiyaların köçürülməsinin zəruriliyini etiraf edib.

Söhbət Azərbaycanın Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərindən gedir.

Tavuş vilayəti Azərbaycanın Qazax rayonu ilə həmsərhəddir, dörd anklav kənd Ermənistan ərazisilə əhatə olunduğu üçün 1992-ci ildə erməni ordusu tərəfindən asanlıqla ələ keçirilib. O vaxtdan Azərbaycanın bütün anklav əraziləri işğal altında qalmaqda davam edir. Rəsmi Bakı səkkiz anklav kəndin qaytarılmasını tələb edir.

Saytların yığılması Saytlarin yigilmasi

Sanosyan qeyd edib ki, ərazi mübahisəsinin həlli üçün əvvəlcə tərəflər Ermənistan – Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası prosesinin hansı xəritə üzrə baş verəcəyilə razılaşmalıdırlar.

“Bu xəritə sayəsində həm kabinet, həm delimitasiya, həm demarkasiya işləri olacaq”, – nazir qeyd edib.

Tavuş vilayətindəki dəyişikliklərdən danışan Sanosyan deyib ki, həmin rayonlarda elə yerlər var ki, sərhəd xəttinə çox yaxındır, bəzi yerlərdə elə görünür ki, onlar sərhədi keçirlər. Bu o deməkdir ki, bəzi ərazilərdə həmin sahələrin yenidən qurulması məsələsi yarana bilər. O əlavə edib ki, Tavuş vilayətində delimitasiya və demarkasiya işləri hələ başlamayıb, konkret müddət yoxdur.

Sanosyan qeyd edib ki, Ermənistan Azərbaycan tərəfinin nəzarəti altında olan 31 qeyri-anklav kəndinin ərazisini Azərbaycandan tələb etməyə davam edir. Lakin bu günə qədər erməni tərəfi bu kəndlərin adlarını açıqlamayıb (Artsvaşen (Başkənd – az.) istisna olmaqla, Azərbaycanın sərhəd Gədəbəy rayonunda yerləşir). Kənd 1845-1854-cü illər arasında erməni köçkünlər tərəfindən qurulub.

Rəsmi Bakı guya Azərbaycanın işğal etdiyi 31 kənd ilə bağlı Yerevanın ittihamını rədd edir.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button