2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Yerimə əngəlli Lenin irəli çıxınca, rəqib tərəfdarları küçəyə axışdı

Ekvadorda keçirilən prezident seçkilərinin ardından solçu namizəd Lenin Moreno zəfərini elan edərkən, rəqibi Guillermo Lasso səslərin yenidən sayılmasını tələb edib.

Lassonun çağırışıyla küçələrə tökülən dəstəkçiləri polislə  toqquşub. Seçki Komissiyasına görə keçmiş respublika prezidentinin müavini Lenin Moreno 51,1% ilə irəlidədir. Lassonun səs nisbəti isə 48,9 %-dir. Seçki Komissiyası səslərin 95%-ni sayıldığını açıqlayıb, ancaq hələ qalib elan edilməyib.

Saytların yığılması Saytlarin yigilmasi

Morenonun seçkilərdə  önə çıxmasını hiylə olduğunu bildirən Lasso tərəfdarlarına “küçəyə çıxın və dinc bir şəkildə səsinizi müdafiə edin” səslənib. Çağırışdan sonra paytaxt Quito və Guayaquilde seçki komissiyası məntəqələrinin qarşısına toplanan yüzlərlə Lasso dəstəkçisi Ekvador bayraqları ilə  “Saxtakarlığa yox” şüarları səsləndirib.

Moreno seçkiləri qazanarsa, ölkədə 2007-ci ildə Prezident Rafael Correa ilə başlayan on illik solçu  hakimiyyət davam edəcək.

Moreno dünyada az sayda fiziki əngəlli liderlərdən  biri sayılır. O, 1998-ci ildə bir oğurluq hadisəsi zamanı kürəyindən vurularaq yerimə qabiliyyətini itirmişdi. Morenonun zəfəri Wikileaks lideri Julian Assancı da rahatladacaq. Lasso Assancı təxminən 4,5 ildir sığındığı ölkənin Londondakı səfirliyindən çıxarmağa söz vermişdi.

Köhnə bir bankçı olan Lasso isə kampaniya zamanı ölkəyə xarici investisiya cəlb edəcəyini söyləmişdi.

 

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button