2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Yerli sərmayə 40 faiz azalıb

Nemət Əliyev

Yerli müəssisə və təşkilatlar sərmayə yatırımını ötən ilə nəzərən 40% azaldıb.
Bu göstərici 2015-ci ildəki səviyyədən 83% azdır. 2015-ci ilin yanvar-aprel dövründə 1,4 milyard dollar sərmayə yatırımı həyata keçirən yerli müəssisə və təşkilatlar ötən il 401 milyon dollar, bu il isə vur-tut 239 milyon dollar yatırım həyata keçirib.
Xarici investorlar isə bu ilin yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatına kapital yatırımının həcmini ötən ilə nəzərən 231 milyon dollar və ya 12,4%, 2015-ci ilə nəzərən yarım milyard dollardan çox və ya 25% azaldıb.
İnvestisiyalar, yatırımlar gəlməsə, islahatların önü açılmasa, normal idarəçilik tətbiq edilməsə, tənəzzülü durdurmaq mümkün olmayacaq. Bu gedişatla hələ çox itkilər verməli olacağıq. Son iki ildə verilmiş milyardlarla itkidən sonra vəziyyətin bu gün də pisləşməkdə davam etməsi nikbinlik üçün ayaq yeri buraxmır.
Vaxt əleyhimizə işləyir.

Saytların yığılması Saytlarin yigilmasi

Yazı müəllifin Facebook səhifəsindən götürülüb.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button