Now Reading:
Yevda Abramov hökuməti tənqid etdi: “İnsanın nə qədər villası olar? Dağda ev, bağda ev, dəniz qırağında ev…”

Yevda Abramov hökuməti tənqid etdi: “İnsanın nə qədər villası olar? Dağda ev, bağda ev, dəniz qırağında ev…”

Milli Məclisdəki büdcə müzakirələri zamanı deputat Yevda Abramov çox təsirli bir çıxış edib. Şərqdə parlamentarizm ənənəsinin qoyulduğu gün – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 98-ci ildönümü münasibətilə təbriklərdən sonra deputat büdcədən danışıb.

“Mən iqtisadçı deputat deyiləm, amma 12 il sərasər büdcə haqqında fikirlərimi deyirəm. Ola bilər, hardasa emosional danışıram, bunu boynuma alıram və üzr istəyirəm. Amma hər dəfə xalqın sözünü demişəm, kimləsə şəxsi-qərəzliyim yoxdur. Mən bu Tarif Şurası haqqında danışmaq istəyirəm. Mən bilmirəm bu Şura hər dəfə bu qərarı qəbul edəndə hansı arqumenti əsas götürür? Bəlkə orda bizim bir deputat olmalıdır ki, qərar veriləndən sonra onu əsaslandıran arqumentləri bizə çatdırsın. Mən bu artımla razlı deyiləm. Orda faizlər gösrtərilib ki, qiymət artımı 62 və 72 faiz əhaliyə təsir etməyəcək, mən bu rəqəmə inanmıram. Bu rəqəm yoxsulluq faizidir, bu da prezidentin siyasi kursuna ziddir. Bu rəqəmlər göstərir ki, əhalinin yoxsulluq faizi çoxdur. Deyirlər, az yandırarlar, deməli, gücləri çatmır”.
Y.Abramov deyib ki, qaz və işığın qiymətinin artımına görə büdcəyə yönələcək 300 milyon manatı tapmaq böyük bir problem deyil: “Onu dövlətdən də dotasiya şəklində götürmək, yaxud kvotanı artırmaq olardı. Qərar elə bir vaxtda qəbul edilib ki, Qubaya 20 sm qar yağıb, 12 dərəcə şaxta var. Belə bir zamanda xalqın boğazından tutmaq, xalqı belə bir çətinliyə salmaq zamanı deyil. Referendumda xalq prezidentə səs verdi. Ancaq bir neçə ay sonra mən bilmirəm məmurlarımız, bəzi insanlarımız belə bir ciddi qərarları qəbul edərkən doğrudanmı xalqı düşünüb? Mən buna şübhə ilə yanaşıram. Yaxşı, qazı bahalaşdırııq, amma bu qazın keyfiyyətinə fikir verən varmı?”
Deputat valyuta bazarındakı şübhələrini də bölüşüb: “Bir gündə dollar 5 manat fərqlə qalxıb – düşdü. Kim diktə edir qara bazara? Hardadır, kimin maşınının baqajındadır bu qədər vəsait? Valyutadəyişmə bazarını kim ləğv etdi? Qara bazara yeni imkanlar yaratdıq. Effekt də vermədi. Rusiyada da bənzər hadisə var. Amma Rusiya bu xəstrəliyi belə keçirmir. Dərin dövlətlər neft ölkələrini çökdürmək üçün bu musiqini çaldırırlar”.
Deputat məmurlara üzünü tutaraq deyib ki, o hər dəfə büdcəyə səs verəndə xeyir-dua da verir: “Deyirəm, büdcəmizdən haram əllər kəsilsin, haram gözlər kor olsun. Amma nə xeyri? Danışmamaq olmur, danışanda da bəzi insanlar incik düşür. Amma burda susub oturmaq da olmur axı! Mən bu gün büdcədən rayonum üçün nə pul istəyirəm, nə də heç nə. Amma elə şey var ki, məmurdan çox şey asılıdır. Əl çəkmək lazımdır bu korrupsiyadan, bu millətə yaxın getmək lazımdır! 4-5 il də yaxşı yaşamayaq. İnsanın nə qədər villası olar? Dağda ev, bağda ev, dəniz qırağında ev…Mən Qonaqkənddə oldum, nə qədər qoyun sürülərin qışlağa gedir. Mən soruşdum, kimindir, burada demək istəmirəm”.
Input your search keywords and press Enter.