2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

“Yevlax istilik istismar idarəsi bizi soyuqdan dondurur”

Məcburi köçkünlər evdə soyuqdan donduqlarını deyirlər

Yevlax rayonunda məskunlaşan məcburi köçkünlər üçün inşa edilən qəsəbənin sakinləri 24saat.org-a müraciət edərək, istilik sisteminin işləmədiyindən şikayətçidirlər.

“5 mərtəbəli binalarda yaşayan 615 ailə soyuqdan donur. 6 ildir ki, bu problem davam edir. Bina istifadəyə verildikdən sonra yeraltı istilik sistemləri tez bir müddətdə sıradan cıxdı. Ötən il 24saat.org saytı vasitəsilə prezident İlham Əliyevə müraciət etdikdən sonra problem aradan qalxmışdı. Yəni təzə borular çəkildi. Hamımız sevindik ki, şükür, bizim uşaqlar da isti bir evdən məktəbə gedəcəklər. Ancaq Yevlax istilik istismar idarəsi bu il də binalara istilik vermədi. Halbuki qazanxanada hər bir şərait var.”

Bunu şəhid qardaşı Rabil Məmmədov deyir.

Saytların yığılması Saytlarin yigilmasi

Digər sakin Xaqani Kərimov da deyir ki, ötən il problem həll edilsə də, bu il yenidən eyni vəziyyəylə üzləşiblər. “Ötən ilə qədər Yevlax istilik idarəsindən boruların köhnə olmasını bəhanə gətirirdilər. Sizin yazılarınız sayəsində ötən il yeni borularla əvəz edildi. Amma indi yenə vəziyyət əvvəlki kimidir. Halbuki bu binaların istilik pulu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən istilik təchizatı idarəsinə hər ay ödənir. Ancaq bunlar istilik verməkdən boyun qaçırılar. Bərdə, Ağcəbədi, Gəncə, Qəbələ və figər raytonlarda yerləşən məcburi köçkün binalarının hamısı istiliklə təchiz edilib. Bircə Yevlaxda bu problem həll edilmir”

Qeyd edək ki, ötən il da sakinlər 24saat.org-a müraciətlərinfə bildiridilər ki, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi hər ay Yevlaxdakı “istilik idarəsi”nə 18 min manat vəsait ödəsə də, onlara istilik verilmir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Şərh

  1. QAZANXANALAR EVLƏRİ NECƏ QİZDİRMASİ İLƏ MARAQLANSALAR PİS OLMAZ…EVLƏRDƏ NECƏ DƏRƏCƏ TEMPERATUR OLMALİDİR..? ELƏ HALL OLUR Kİ,EVLƏRƏ İSTİLİK ÖTÜRÜLÜR ,AMMA ƏLAVƏ ELEKTRİK SOBASİ,KONDİSONER VƏYA BAŞQA BİR İSTİLİK QURĞUSUNDAN İSTİFADƏ OLUNMASA EV QİZMİR…VAXTAŞİRİ VERİLƏN İSTİLİYİN MİQDARİNA NƏZARƏT OLUNSA DAHA YAXŞİ OLMAZMİ?

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button