2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Zəlzələnin Türkiyədəki seçkilərə təsiri: “Ərdoğanın qələbəsi sual altına düşəcək”

Yayımlandı: 9 Fevral 2023 16:34

“Az da olsa şansı var idisə, onları da tamamilə itirdi”

“İndidən Türkiyədə gözlənilən prezident seçkiləri barədə suala qəti və birmənalı cavab vermək çətindir. Amma ümumən ölkədəki tendensiya məlum idi. 6 fevraldan, yəni zəlzələdən əvvəl də Prezident Ərdoğanın seçkilərdə qələbə ehtimalının zəif olduğu ortada idi”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu siyasi şərhçi Şahin Cəfərli Meydan TV-nin Türkiyədə mayda gözlənilən prezident seçkiləri ilə bağlı sualına cavab verərkən deyib.

Şahin Cəfərli vurğulayıb ki, müstəqil mərkəzlərin keçirdiyi bütün sorğularda Ərdoğanın müxalif namizəd qarşısında geridə olduğu mənzərəsi ortaya çıxmışdı:

“Yəni müxalifətin vahid namizədi hələ məlum deyildi. Amma Ərdoğan artıq məchul namizəddən də geridəydi”.

O hesab edir ki, zəlzələdən sonra da Prezident Ərdoğanın və hakim partiyanın reytinqində azalma qeydə alınacaq:

“6 fevral zəlzələsinin seçkilərə təsirinə gəlincə, əgər Ərdoğanın az da olsa şansı var idisə, onları da tamamilə itirdi”.

Şahin Cəfərli
Foto: Şahin Cəfərlinin şəxsi arxivi

Bəynəlxalq məsələlər üzrə ekspert Elman Fəttah Türkiyədə baş verən zəlzələnin çox dəhşətli faciələrə səbəb olduğunu vurğulayıb.

O əlavə edib ki, fəlakətin miqyasının böyüməsində Ərdoğan hökumətinin təbii hadisələrə hazırlıqlı olmaması da ciddi rol oynayır.

Onun fikrincə, hökümətin baş verən fəlakətə qarşı adekvat reaksiya verə bilməməsi növbəti seçkilərə təsirsiz ötüşməyəcək:

“Müqayisə etsək, 1999-cü il zəlzələsi sonrası ovaxtkı koalision hökumət nüfuzunu sürətlə itirmişdi. Nəticədə 2002-ci ilin payızında keçirilən seçkilərdə hökumətdəki hər iki partiya barajın altında qaldı”.

“Fevralın 6-da baş verən zəlzələdə müşahidəçilərin qənaəti belədir ki, dövlətin reaksiyası 1999-cu il zəlzələsindən daha zəifdir. Bu müqayisədən çıxış edərək güman edə bilərik ki, indiki zəlzələ AKP hökümətinin nüfuzuna əhəmiyyətli zərbə vuracaq. Yəni 14 may seçkilərində Ərdoğanın qələbəsi ciddi dərəcədə sual altına düşəcək”, – deyə o bildirib.

Elman FəttahElman Fəttah
Foto: Azadlıq Radiosu

Seçki üzrə ekspert Anar Məmmədli isə seçkilərin mayda keçirilib-keçirilməməsinin hələ bəlli olmadığı qənaətindədir.

Anar Məmmədli deyir ki, seçkilərin mayda baş tutması üçün hakim partiya parlamentə müraciət etməlidir: “Parlament məsələyə baxdıqda, seçkilərin zamanı məlum olacaq. Amma qanunvericliyə əsasən prezident seçkiləri iyunda keçirilməlidir”.

Ancaq Anar Məmmədli düşünmür ki, hakim partiya indiki vəziyyətdə seçkinin vaxtının dəyişməsi üçün çalışsın. O, güman edir ki, seçki mayda yox, planlaşdırıldığı şəkildə iyunda keçiriləcək:

“Yaxın zamanda seçkinin keçirilməsini gözləmək çətindir”.

O deyir ki, seçki kampaniyası zamanı zəlzələnin yaratdığı mənzərə müzakirə predmeti olacaq:

“Məhz buna görə hakim partiyanın təbliğayçıları, nümayəndələri, deputatları çox əsəbi, kədərli görünürlər. Onların açıqlamalarından hiss etmək olur ki, əhali seçki kampaniyası zamanı zəlzələ ilə bağlı AKP-çiləri sorğu-sual edəcək”.

Anar MəmmədliAnar Məmmədli
Anar Məmmədli, Foto: Meydan TV

Politoloq Elxan Şahinoğlu may seçkilərinin təxirə salınacağını ehtimal etmir.

Elxan Şahinoğlu təbii fəlakətin seçkilərə təsir edəcəyini deyir:

“Ancaq bu, Ərdoğanın vəziyyətdən necə çıxacağından asılıdır. Məsələn, o zəlzələ bölgələrində olarkən səhvlərin olduğunu etiraf edib. İkincisi, müxalifətin əlində güclü alətlər var, Ərdoğan 1999-cu ildə müxalifətdə olarkən zəlzələyə görə o zamankı hökuməti sərt tənqid edirdi ki, vaxtında tədbirlər görülməyib, binaların tikintisinə nəzarət olmayıb. Amma 20 il sonra daha dəhşətli zəlzələ baş verdi, faktiki eyni ittihamları Ərdoğanın partiyasına yönəltmək olar. Bunlar müxalifətin əlində yaxın aylarda Ərdoğana qarşı alətə çevriləcək. Başqa bir misal, Ərdoğanın İstanbul kanalı layihəsinin ortadan qalxdığını da düşünmək olar”.

“Müxalifət əvvəldən də bu layihəni tənqid edirdi. İndi isə böyük zəlzələnin fonunda bu layihənin reallaşması sual altındadır. Çünki İstanbul kanalına 100 milyardlarla vəsait lazımdır. Həmin vəsaitlər dağılan şəhərlərə ayrılacaq. Müxalifət bu məsələdə Ərdoğanı tənqid edəcək ki, vaxtında bu layihənin xəyal olduğunu deyirdilər. Hazırda Türkiyə ağır günlər yaşayır, amma bir müddət sonra bu suallar səslənəcək və Ərdoğanın reytinqinə müəyyən qədər təsir göstərəcək”, – deyə Elxan Şahinoğlu qeyd edib.

Onun sözlərinə görə, 6 fevrala qədər də müxalifətlə hakim partiyanın reytinqi bərabər vəziyyətdəydi: “Böyük ehtimalla müxalifətin vahid namizədi Kamal Kılıcdaroğlu olacaq.

Elxan ŞahinoğluElxan Şahinoğlu
Foto: “ria-novosti”

Ötən ay Prezident Rəcəb Tayyib Ərdoğan seçkilərin mayın 14-də keçiriləcəyini bildirmişdi.

Rəcəb Tayyib Ərdoğan 2014-cü il avqustun 10-da ölkədə keçirilən ilk birbaşa prezident seçkilərində qalib gəlib.

2018-ci ildə Türkiyədə keçirilən növbədənkənar seçkilərdə yenidən prezident seçilib.

Fevralın 6-da Türkiyədə baş verən güclü zəlzələlər nəticəsində ölənlərin sayı 14 014 nəfərə çatıb, 63 000-dən çox yaralı var.

Rəsmi rəqəmlərə əsasən 6 mindən çox bina dağılıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button