2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Zahid Oruc: Prezidenti təhqir edənlər cəzalandırılmalıdır

Prezidentin şərəf və ləyaqətini qoruyan qanunvericilik işləmir. 

Toplum TV xəbər verir ki, bunu martın 5-də deputat Zahid Oruc Milli Məclisin plenar iclasındakı çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, hər gün mediada prezident və ailəsi əleyhinə sistemli hücumlar baş verir:

Saytların yığılması Saytlarin yigilmasi

“Qələbəmizin simvolu olan şəxsi ləkələməyə çalışmaq, prezidentə səs verən milyonlarla insanın etimadını və ideallarını aşağılamaq deməkdir”.

Zahid Oruc çıxışında həmçinin qeyd edib ki, dünyanın müxtəlif ölkələrində dövlət başçısını təhqir etmək cinayət məsuliyyəti yaradır. O, bu ölkələrə misal kimi İtaliya, İspaniya, Almaniya və Polşanın adlarını sadalayıb.  

Deputat vurğulayıb ki, Azərbaycanda da belə qanunlar olmalı və prezident barədə nalayiq ifadələr işlədənlər barədə məsuliyyətə cəlb etmək mexanizmləri gücləndirilməlidir. 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button