Bizim tərcümə

Zelenski: Elektrik enerjisindən istifadə ilə bağlı daha diqqətli olmalıyıq

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-10-23 13:40:35

Zelenski xalqa müraciətində Rusiyanın son bir həftədə həyata keçirdiyi hücumların enerji infrastrukturuna yönəldiyini bildirib.

“Terrorçuların əsas hədəfi enerjidir. Odur ki, elektrik enerjisinin şüurlu istehlakı ilə bağlı əvvəlkindən daha diqqətli olun. Dövlətimizin enerji sənayesinin sabitliyi Ukraynanın hər bir şəhərindən və rayonundan asılıdır. Səhər və axşam elektrik enerjisindən istifadənin intensivliyinə diqqət çəkən Zelenski, “Xüsusən səhər və axşam saatlarında çox elektrik istifadə edən cihazların istifadəsini məhdudlaşdırın” dedi.

Saytların yığılması Saytlarin yigilmasi

“Bizi dayandıra bilməzlər”

Rusiyanın hücumlarının Ukrayna ordusunu dayandıra bilməyəcəyini ifadə edən Zelenski, “Vurğulamaq istəyirəm; terror hücumları ordumuzu dayandıra bilməz. Rusiya təbliğatçıları yalan danışırlar ki, infrastrukturumuza və xalqımıza qarşı törədilən bu terror bir növ ordumuzun fəal hərəkətlərini ləngidə bilər və ya müdafiəmizə müəyyən çətinliklər yarada bilər. Ukraynalılar həmrəydirlər və onlar dəqiq bilirlər ki, Rusiyanın bu müharibədə qalib gəlmək şansı yoxdur. “Müdafiə qüvvələrimiz ölkəni müdafiə etmək üçün lazım olan hər şeyi alır və hər gün irəliləyir.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button