2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Zelenski: ‘Rusiya Severodonetskdə çox ağır itkilər verir’

Xəbər verilir ki, Rusiya bu kiçik sənaye şəhrinin alınmasına özünün çox sayda canlı qüvvəsini və hərbi texnikasını cəlb edib

Saytların yığılması Saytlarin yigilmasi

Ukrayna qüvvələri iyunun 8-də yenidən ölkənin şərqindəki Severodonetsk şəhərinin ətraflarına çəkilməli olub.

Reuters region qubernatoruna istinadən bildirir ki, hazırda bu şəhərdə Ukrayna müharibəsinin ən qanlı döyüşləri gedir.

Xəbər verilir ki, Rusiya bu kiçik sənaye şəhrinin alınmasına özünün çox sayda canlı qüvvəsini və hərbi texnikasını cəlb edib.

Ukrayna tərəfi bildirir ki, Severodonetski mümkün olduğu qədər düşmənə təslim etməyəcək.

Luhansk regionunun qubernatoru bildirib ki, ötən həftə Ukaryna qüvvələrinin gözlənilməz əks-hücumundan sonra şəhərin əksər ərazisi yenidən Rusiya qüvvələrinin nəzarətinə keçib.

Xəbər verilir ki, Ukrayna qüvvələri hələki Severski Donetsk çayının sahilində yerləşən Lisiçansk şəhərinə də nəzarət edir.

Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Oleksandr Motuzyanık deyib ki, Rusiya Severodonetskin bir sıra hissələrində Uikrayna qüvvələrindıən 10 dəfə artıq canlı qüvvə və texnikaya malikdir.

Avropa İttifaqına xəbərdarlıq

Bu arada Ukraynanın baş danışıqçısı və Zelenskinin müşaviri Mikhailo Podolyak Twitter-də yazıb ki, Rusiya bu müharibədə məğlub edilməsə, müharibə Avropa İttifaqına yayıla bilər.

Reuters agentliyinin yazdığına görə Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, Severodonetskin müdafiəçiləri Rusiya qüvvələrini çox ağır itkilərə məruz qoyurlar:

“Bir çox baxımdan burada Donbasın taleyi həll olunur”.

Rusiya qüvvələrinin Severodonetskdə çox ağır itkilərə məruz qaldığını və yüzlərlə əsgər itirdiyini prezidentin müşavirlərindən Oleksi Arestoviç də təsdiqləyib.

O bildirib ki, döyüşlərin son dərəcə ağır olmasına baxmayaraq Severodonetskin qorunub saxlana biləcəyinə inanır.

Müharibə şəraitində döyüş tərəflərinin məlumatlarının dəqiqliyini yoxlamaq mümkün deyil.

24 saat” “
Zelenski: ‘Rusiya Severodonetskdə çox ağır itkilər verir’
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button