2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Zelenski ‘silsilə qələbələr’dən danışır

Luqanskın qubernatoru Sergey Qayday Telegram-da yazıb ki, “Luqansk vilayəti növbəti qapımızdır. İşğaldan təmizləmə uzaqda deyil”

Saytların yığılması Saytlarin yigilmasi

Ukrayna Prezidenti Volodimir Zelenski döyüşdə Rusiya qüvvələrinə qarşı “silsilə qələbələr” qazanıldığını deyir. Ancaq o eyni zamanda yeddi aydır davam edən münaqişədə yeni risklərlə bağlı Qərbin hərbi və digər rəsmilərinin narahatlığını bölüşüb. Bu arada Ukrayna qüvvələrinin ölkənin şimal-şərqində böyük bir çayın şərq sahilinə çatması xəbərləri gəlir.

Cənubdakı Nikolayev şəhəri yaxınlığında Ukraynanın nüvə enerjisi zavodlarından birinə Rusiya əsgərlərinin hücumu nəticəsində reaktorlara ziyan dəymədiyi bildirilir. Amma bu hücum Ukraynada atom obyektlərinə risklərin qaldığını göstərir.

Zelenski sentyabrın 18-də axşam xəbərdarlıq edib ki, hər hansı “sakitlik” əməliyyatların “növbəti mərhələsinə hazırlığın” tərkib hissəsidir.

“Bəzilərinizə elə gələ bilər ki, silsilə qələbələrdən sonra indi sükuta dalmışıq. Ancaq sükut olmayacaq. Növbəti silsilələrə hazırlıq gedir… Ukrayna azad olmalıdır, bütünlüklə”, – Zelenski ötən gecə videomüraciətində deyib.

Ukrayna ordusunun Telegram-da yazdığına görə, sentyabrın 18-də Xarkov vilayətindəki əkshücum zamanı Oskil çayı sahilində mövqe qurulub. Bu ay Xarkovda minlərlə kvadrat kilometr ərazinin işğaldan təmizləndiyi bildirilir.

Ekspertlərin fikrincə, Oskil üzərində mövqe Ukraynanın şərqindəki Donbas vilayətində Rusiya əsgərlərinə təhdid yarada bilər. Moskva Ukraynadakı müharibədə Donbasın tam tutulmasını prioritet elan edib. Rusiyanın dəstəklədiyi separatçılar səkkiz ildir burada böyük ərazilərə nəzarət edirlər.

Ordu sentyabrın 18-də axşam bildirib ki, “dünəndən Ukrayna Oskilin şərq sahilinə nəzarət edir”.

Luqanskın qubernatoru Sergey Qayday Telegram-da yazıb ki, “Luqansk vilayəti növbəti qapımızdır. İşğaldan təmizləmə uzaqda deyil”.

Ukrayna Baş Qərargahının sentyabrın 19-da səhər bildirdiyinə görə, son günyarım ərzində Rusiya altı raket zərbəsi, 22 hava zərbəsi endirib, yaylım atəşi sistemlərindən isə 90-dan çox zərbə həyata keçirib.

30-dan çox şəhərdə və kənddə infrastruktura ziyan dəydiyi bildirilir.

Cənubdakı Nikolayev şəhərində Pivdennoukrayinsk nüvə enerjisi zavoduna Rusiya zərbələri nəticəsində üç reaktordan heç birinə ziyan dəymədiyi xəbər verilir. “Enerhoatom” obyektin normal tempdə işlədiyini deyir.

“Hazırda müharibə Rusiya üçün o qədər də yaxşı getmir”. Bunu isə ABŞ Birgə Baş Qərargahlar rəisi Mark Milli Polşada bazaya səfərdən sonra deyib. Həmin bazada ABŞ və digər ölkələr Ukraynanın müdafiəçilərinə kömək edirlər.

Milli Avropadakı ABŞ əsgərlərinə birbaşa təhdid olmadığını deyib. Ancaq onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin döyüş itkilərinə reaksiyasına dair suallar o deməkdir ki, “yüksək hazırlıq və ayıq-sayıq vəziyyətində olmaq hamımızın borcudur”.

ABŞ və NATO rəsmiləri Moskvaya xəbərdarlıq ediblər ki, NATO ərazisinə hər hansı hücum güclü hərbi reaksiya doğurar.

24 saat” “
Zelenski ‘silsilə qələbələr’dən danışır
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button