2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

ZİYA MƏMMƏDOV BÜTÜN ƏMLAKINI SATIŞA ÇIXARIR – “Var-dövləti milyardlarla ölçülür”

Keçmiş nəqliyyat naziri Ziya Məmmədov özünə və ailəsinə məxsus Azərbaycandakı bütün əmlaklarını – hotellərdən tutmuş restoranlaradək satmaq niyyətindədir.

Bu haqda “Yeni Müsavat” qəzeti məlumat yayıb. Nəşrin yazdığına görə, bu haqda məlumat verən mənbə Məmmədovların bundan sonra Azərbaycanda bizneslərinin davam etdirilməsinin mümkünsüzlüyünü anladığını qeyd edib. Sabiq nazirin varidatı ilə bağlı bu illər ərzində çox faktlar açıqlanıb. Onun var dövlətinin bir neçə milyard olduğu bildirilir.

Qeyd edək ki, fevral ayının 13-də prezident İlham Əliyevin sərəncamı ilə Nəqliyyat Nazirliyi ləğv olundu. Bundan sonra yalnız 1 dəfə medianın sualına cavab verən Z. Məmmədov “daha sıravi vətəndaşam”, “dincəlirəm” demişdi.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button