2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏSiyasətXəbərlər

Ziya Məmmədov ölkəni tərk etmək üçün əmlaklarından imtina edir

Bir neçə gün əvvəl 24saat.org məlumat yaymışdı ki, keçmiş nəqliyyat naziri Ziya Məmmədov Azərbaycanı tərk etmək niyyətindədir.

Məlumatda qeyd olunurdu ki, Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdiriləndən sonra işsiz qalan Ziya Məmmədov başqa vəzifəyə təyinat alacağına ümid etsə də, gözləntiləri doğrulmayıb. Bundan sonra Ziya Məmmədov Azərbaycandan köçərək oğlu Anar Məmmədovun yanında yaşamaq qərarına gəlib. Anar Məmmədovun hazırda Londonda yaşadığı bildirilir. Bundan başqa məlumat yayılmışdı ki, Ziya Məmmədov Azərbaycandakı əmlaklarını satır.


Dünən isə xəbər yayılıb ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksi Prezident Administrasiyasının İşlər İdarəsinə verilib.
Bakı Beynəlxalq Avtovağzal Kompleksi “Bakı XXI Əsr” MMC-nin sifarişi ilə tikilib. Bu barədə bir neçə il əvvəl Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirmişdi. “Bakı XXI Əsr” MMC-nin rəhbəri Ziya Məmmədovun qarsaşı, keçmiş deputat Elton Məmmədovdur. MMC-nin təsisçisi Böyük Britaniyanın Vircin adalarındakı “Trans European Leasing Group” LTD-dir. “Bakı XXI Əsr” MMC Azərbaycanda 2004-cü ilin martında qeydiyyatdan keçib, təsisçilər barədə ictimaiyyətə məlumat verilməsə də, şirkətin Elton Məmmədova məxsus olduğu bildirilir. Qısası Bakı Beynəlxalq Avtovağzal Kompleksi özəl şirkətə məxsus, daha dəqiqi Məmmədovlara məxsusdur. 24saat.org-a daxil olan məlumata görə, Ziya Məmmədov əmlaklarının satışına elə bu kompleksdən başlayıb. Kompleks ondan alınandan sonra (güman ki, bu normal alqı-satqı vasitəsilə həyata keçirilməyib) müvəqqəti olaraq Prezident Administrasiyasına verilib. Bildirilir ki, Ziya Məmmədovun digər əmlakları ilə də bağlı oxşar proses baş verəcək. Ziya Məmmədov ölkəni tərk etmək razılığını almaq üçün bütün bunlarla barışmaq məcburiyyətindədir.
24saat.org

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button