Bizim tərcümə

Əfqanıstanda yanacaq tankeri tuneldə partladı: 19 ölü, 32 yaralı! Fəlakətin baş verdiyi tuneldən ilk görüntüləri təqdim edirik.

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-12-18 15:43:12

Əfqanıstanın Pərvan əyalətində Hindukuş dağlarında Salanq tunelinə daxil olan yanacaq tankerində partlayış baş verib.

Yerli vaxtla saat 21:00 radələrində baş verən hadisədə partlayışın şiddətindən yanğın baş verib.

Saytların yığılması Saytlarin yigilmasi

Pərvan valiliyinin sözçüsü Hikmətullah Şamim can itkisinin daha da arta biləcəyini bildirərək, 19 nəfərin həyatını itirdiyini, 32 nəfərin isə yaralandığını açıqlayıb.

Əfqanıstanın səhiyyə naziri Qələndər İbad yaralıların paytaxt Kabil, Bağlan və Pərvandakı xəstəxanalara çatdırıldığını, tuneldə sıxışan insanların xilas edildiyini açıqlayıb.

Digər tərəfdən 50-yə yaxın əsgərlə tuneldə qapalı qalanlara kömək etməyə gələn komandir Mövlavi Əbdülqafur, “Gördüyünüz kimi Salanqda faciəvi bir hadisə baş verdi. Yanacaq daşıyan avtomobil yanıb, ətrafdakı digər avtomobillərə də ziyan dəyib. Çoxlu insan yaralanıb. Tunelin damı da uçub. Biz hadisə yerinə 100 metr yaxınlaşa bildik və 18 yaralını çıxardıq. Bölgədəki digər bölmələrin köməyi ilə yaralıları xəstəxanalara göndərdik. “Hazırda hadisə yerindən 200 metr aralıdayıq və kömək etməyə davam edəcəyik.

Əfqanıstanda yanacaq tankeri tuneldə partladı: 19 ölü, 32 yaralı Fəlakətin baş verdiyi tuneldən ilk görüntülər

Yerli məmur Dr. Abdullah Əfqan ölənlər arasında beş qadın və iki uşağın olduğunu açıqlayıb.

Əfqan xəstəxanaya gətirilən xəstələrin şəxsiyyətinin müəyyənləşdirilməyə çalışıldığını, lakin xəstələrin əksəriyyətinin yanğın səbəbindən tanınmaz hala düşdüyünü bildirib.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button