2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Əfqan qadınlar beynəlxalq ictimaiyyəti qızların oxumasına icazə verməsi üçün Talibana təzyiq göstərməyə çağırıb

Əfqanıstanlı qadın fəallar cümə günü beynəlxalq ictimaiyyəti Talibana qızların məktəbə getmələrinə icazə verməsi üçün təzyiq göstərməyə çağırıb və bildirib ki, Əfqanıstanın yeni de-fakto idarəçilərinin gender üzrə ayrı-seçkiliyi normallaşdırmalarına icazə verilməməlidir.

“Talibanın zalımlığı normallaşdırılmamalıdır,” Əfqanıstan Müstəqil İnsan Hüquqları Komissiyasının sədri Şəhrzad Akbər BMT-nin Baş Assambleyasının çərçivəsində keçirilən virtual tədbir zamanı söyləyib. “Özünüzü elə aparmayın sanki, qadınlara zülm etmək, onları əsas insan hüquqlarından məhrum etmək Əfqanıstan mədəniyyətinin və ya İslamın – bizim dinimizin – bir parçasıdır.”

Əfqanıstan parlamentinin ilk qadın sədr müavini Favzia Kufi bu fikirləri təkrarlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Qadınların azadlığı, qızların azadlığı, o cümlədən Əfqanıstanda təhsil, Əfqanıstanın öz vətənaşları və dünya ilə sülh və harmoniya içində yaşaya biləcəyinə işarədir” -deyə, Kufi avqustun sonunda uşaqları ilə birlikdə qaçdığı Qətərdən deyib. “Öz xalqına, cəmiyyətin 55 faizinə zülm edən bir Əfqanıstanın etibarlı tərəfdaş olacağını düşünməyin, çünki olmayacaq.”

Taliban avqustun 15-də, Prezident Əşrəf Qaninin hökuməti çökəndən sonra paytaxt Kabilə daxil oldu. Növbəti həftələrdə onlar arasında heç bir qadın üzvün olmadığı müvəqqəti hökumətlərini elan etdilər. Taliban həmçinin qızların doğru zamanda məktəbə gedə biləcəklərini bildirib, amma hələ ki, təkcə ibtidai sinifdə oxuyan qızların məktəbə dönmələrinə icazə verib. Orta və yuxarı sinif qadın şagirdlər, habelə qadın universistet tələbələrinin dərslərə geri dönmələrinə hələ ki, icazə verilməyib.

Kufi deyib ki, bu, Taliban 1996-cı ildə hakimiyyəti ələ keçirdiyi zaman baş verənlərin təkrarıdır, çünki o zaman müvəqqəti adlanan bəzi tədbirlər daha sonra daimi oldular.

Qadın fəallar həm İslam həm də Əfqanıstan Konstitusiyasında qızlar və qadınların təhsil hüququnun olduğunu vurğulayır.

BMT bildirir ki, 4.2 milyon əfqan uşaq məktəbə yazılmayıb və bunun ən böyük səbəbi COVID-19 qapanmalarıdır. Bu uşaqların təxminən 60 faizi qızlardır.

“Biz onları məktəblərə geri gətirməliyik. Biz onların cəmiyyətə inteqrasiya etdiklərindən əmin olmalıyıq,” UNICEF-in icraçı direktoru Henrietta For bildirib.

Qızların təhsilinin yarım qalmamasının yollarını müzakirə edən Fore deyib ki, “Biz distant təhsil ilə çox şeylər edə bilərik. Biz qadın müəllimlərin məktəbə geri dönmələrini təmin etməliyik və bizim daha çox qadın müəllimə ehtiyacımız var.”

Lakin Kufi deyib ki, qızlar üçün distant təhsil “Əfqanıstanın gələcəyi və gücünü əkst edirən” sinif otaqlarını əvəz etmir.

Amma qızları məktəbdə nələrin gözlədiyi də fəallar üçün başq abir narahatlıq mənbəyidir.

“Mən Talibanın tədris planına, xüsusilə də qızların tədris planına edəcəyi dəyişikliklərdən, habelə məktəblərə qadağa tətbiq etməsindən də narahatam,” əkbər deyib.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button