2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Əfqanıstan faciəsi – Qərb mediası

Avqustun 15-də Talibanın Əfqanıstan paytaxtı Kabili tutması, ölkə prezidenti Əşrəf Qaninin qaçması, son günlər bu ölkədə ildırım sürətilə baş verənlər Qərbin aparıcı media orqanlarının əsas mövzusudur.

“The New York Times” bütün bunları “faciəvi” adlandırır.

“Ona görə faciəvidir ki, Amerikanın mülki hüquqlar, qadın səlahiyyətinin və dini dözümlülüyün hakim olduğu bir dünyanın qurulmasında ‘gərəkli dövlət’ə çevrilmək arzusu ellə arzu olaraq qaldı”, – qəzetin redaksiya məqaləsində deyilir.

Saytların yığılması Saytlarin yigilmasi

Qızlar və qadınlar…

Qəzet qeyd edir ki, 2 trilyon dollar xərclənəndən və azı 2 min 448 amerikalı hərbçi həyatını itirəndən sonra hansısa davamlı prioritetin əldə olunmasını görmək çətindir.

“Ona görə faciəvidir ki, Amerika qüvvələri ilə işləmiş və arzulara qapılmış, özəlliklə də müəyyən bərabərlik əldə etmiş qızlar və qadınlar amansız düşmənin mərhəmətinə qaldı”, – yazan qəzet Bayden administrasiyasını müharibəni bitirməkdə haqlı sayır. Amma hesab edir ki, belə bir xaos yaşanmaya bilərdi, daha yaxşı Əfqanıstandan ötrü çoxlu qurban verənləri öncədən düşünmək olardı.

Qəzet əməkdaşlıq etdiyi jurnalistlər daxil olmaqla qələm əhlinin, vətəndaş cəmiyyəti qruplarının, yardım təşkilatlarının ötən bazar günü qəfil təhlükə ilə üzləşdiyini yazır. Taliban məhz həmin gün Kabili ələ keçirdi, Prezident Əşrəf Qani daxil olmaqla hökuməti liderləri isə aeroporta üz tutdu.

Pakistan və ABŞ əfqan xalqına ‘xəyanət elədi’

“Foreign Policy” dərgisi ABŞ rəsmiləri Əfqanıstandan çıxışı əsaslandırmaqlarından yazır.

“Onlar bəyan edirlər ki, Əfqanıstan Milli Təhlükəsizlik qüvvələrinin ölkənin müdafiəsini əlinə almasının, əfqan liderlərinin birləşərək ölkələri üçün savaşmasının vaxtı çatıb və Birləşmiş Ştatlar yetərincə iş görüb. Bu, cəfəngiyatdan başqa bir şey deyil və Bayden də bunu bilir. Birləşmiş Ştatlar yetərincə çalışmadı, hətta indiki hücuma rəvac verdi”, – dərgi yazır.

Məqalədə deyilir ki, Baydenin xidmət etdiyi Obama administrasiyasında Şərqi Asiya üzrə güclü ekspertlər vardı. 2008-ci il seçkisinə qədər Əfqanıstan müharibəsi, Pakistanın bu ölkədə ABŞ-ın cəhdlərinə necə zərbələr vurmasına dair saysız dəyərləndirmələr aparılmışdı.

“Obama kimi Bayden də Talibanın arxasındakı böyük qüvvənin Pakistan olduğunu anlayır. Pakistan kəşfiyyatı, Talibana hərbi dəstəyi olmasaydı, bu qruplaşma effektiv döyüş qüvvəsinə çevrilməzdi. Birləşmiş Ştatlar çoxdan etməli olduğu bir şeyi etmədi: Pakistanın dərin dövlətində islamçı silahlılara sponsorluq edənlərə hədəfli sanksiyalar qoymadı”, – dərgi vurğulayır.

Məqalədə deyilir ki, Birləşmiş Ştatlar Pakistana sanksiya tətbiqini, cəzanı təhlükəli hesab edib. “ABŞ şərhçiləri qorxuyla qeyd edirdilər ki, Pakistan iflas edər, terrorçulara nüvə silahı verər və Hindistanla mümkün nüvə müharibəsi başlar”, – “Foreign Policy” yazır.

Dünyanın əfqan qaçqınlara borcu’

“The Washington Post” qəzeti bəzi müşahidəçiləri istinadla Birləşmiş Ştatların əfqan xalqı qarşısında borclu olduğunu yazır.

“Birləşmiş Ştatların mənəvi öhdəliyi var. Mümkün qədər çox əfqan qaçqını qəbul eləsin”, – amerikalı əfqan yazıçı Xalid Hüseyni tvitində qeyd edib.

Vyetnamlı amerikalı yazıçı Viet Thanh Nquyen Vaşinqtonda hər kəsin xatırladığı səhnəni yada salıb. 1975-ci ildə Birləşmiş Ştatlar Sayqonda (indiki Hoşimin) amerikalı əsgərlərlə yanaşı 125 minədək vyetnamlını da evakuasiya edib. Çoxları da sonrakı illər ölkəsini tək elədi. Nquyen eyni məntiqin Əfqanıstana da aid edilməli olduğunu düşünür.

“1975-ci ildə amerikalıların çoxu Cənub-şərqi Asiyadan qaçqınların qəbulunu istəmirdi. Nə oldu bəs? Cənub-şərqi Asiyadan milyonlarla amerikalı ABŞ-a böyük-kiçik töhfəsini verib. Əfqanlar da belə ediblər və edəcəklər”, – Nquyen yazıb.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button