2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Ulduz falı

Ən kobud bürclər – Bu şəxslərdən pis rəftar görməyə hazır olun

Həyatımız boyu daim müxtəlif insanların əhatəsindəyik və yeni-yeni insanlarla tanış oluruq. İnsanları ilk baxışdan tanımağın qeyri-mümkünlüyünü nəzərə alsaq, olduqca mülayim və mədəni görünənlərin də kobud ola biləcəyini unutmamalıyıq.

24saat bizim media-ya istinadən xəbər verir ki, bəzi bürclərin nümayəndələrinin kobud rəftarı ilə üzləşmək ehtimalınız böyükdür.

Saytların yığılması Saytlarin yigilmasi

Ən kobud bürclərin siyahısı isə bu cürdür:

1-ci yer – Əkizlər

Bu bürc sizi dinləməyə və üzdə hörmət göstərməyə qadirdir. Amma onun fikirlərini oxuya bilsəydiniz, tam əksini görərdiniz. Onların səssiz anlaşma və rəğbətlərinin arxasında tam biganəlik dayanır. Duyğusal olaraq, onlar yalnız həqiqətən sevdikləri insanlara reaksiya verirlər. Əkizlər nadir hallarda düşmənlə açıq mübahisəyə girirlər, lakin bu zaman onlardan ən xoşagəlməz ifadələr eşidə bilərsiniz. Sevmədiyi suallara da olduqca sərt cavablar verirlər.

2-ci yer – Xərçəng

Xərçənglər qohumları və dostları üçün hər şeyə hazır olan, ailəcanlı insanlardır. Lakin onlar da ilk yerin sahibi olan əkizlərdən kobudluq sarıdan geri qalmırlar. Onların ürəyində başqalarının problemləri üçün yer yoxdur. Əgər xərçəngin sizdən xoşu gəlmirsə, ən xoş mərasimdə belə sizə salam verib, iki kəlmə kəsməyəcəklər. Nədənsə narazı olduqda isə qarşısındakı insana sərt bəyanatlar verirlər. Qarşı tərəfin cavabı isə onları daha da özündən çıxaracaq.   

3-cü yer – Şir 

Söhbət kobudluqdan gedirsə, şirlərin kin-küdurəti əsas rol oynayır. Əgər onun yolunu nə vaxtsa kəsmisinizsə, onda sonrakı həyatda bu insana güvənməyin mənası yoxdur. Çətin vaxtlarda nəinki əlini uzatmayacaq, həm də sizin haqqınızda daim mənfi danışıb, qarşısına çıxdığınız anda kobudluq etməyə başlayacaq. Onlar təhqirdən daha çox qarşısındakını əzməyə, alçaltmağa çalışırlar.

4-cü yer – Oğlaq 

Oğlaqlar başqalarına münasibətdə təmkinli davranırlar. Bu, onların heç nəyə əhəmiyyət vermədiyi təəssüratı yarada bilər. Bununla belə, əgər onlara pislik etməsəniz, bu insanlar yaxşı əməllərə qadirdirlər. Lakin təkəbbürlü davranacağınız təqdirdə, oğlaqların kobudluqlarına hazır olmalısınız. Onlar sizi saymayacaq, bacardıqları qədər əzməyə çalışıb, çatışmazlıqlarınızı üzünüzə vuracaqlar.

5-ci yer – Qoç 

Qoçlar kifayət qədər şən insanlardır, amma bu heç də o demək deyil ki, onlardan kobudluq görməyəcəksiniz. Əgər onu uzun müddət və israrla təngə gətirsəniz, kifayət qədər ilk öncə kobudluğa, sonra isə biganəliyə şahid olacaqsınız. Xüsusən də, onlara öz düşüncələrinizi təbliğ etmək istəsəniz, ən ağır formada kobudluqla üzləşəcəksiniz. Onlar bütün qəzəblərini ən ağır formada üzərinizə yağdıracaqlar.

6-cı yer – Qızlar 

Qızlar ünsiyyətdə olduqca xoş insanlardır və nadir hallarda açıq kobudluğa yol verirlər. Onlar pis deyillər, lakin çox yaxşı yaddaşa sahibdirlər və sizə ikinci şans verməyəcəklər. Qızı bir şeylə bezdirmisinizsə, çox güman ki, rola girməyəcəklər. Onlar sadəcə olaraq, bəlkə də kifayət qədər kobud şəkildə sizə gələcək ünsiyyətin dayandırıldığını bildirəcəklər. Bir az da irəli getsəniz təhqirlə də qarşılaşa bilərsiniz.

24saat

Ulduz falı

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button