2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

“Ərim məni borclu olduğu kişilərə satmaq istəyirdi” — Quba sakini

“Lider” telekanalında yayımlanan “Çıxış yolu” verilişinə Quba rayonundan şok müraciət daxil olub.

Quba rayonunun Şuduq kəndindən proqrama müraciət edən Gülsəhər adlı qadın əri Tehran Öməröv barədə dəhşətli etiraflar edib. Şikayətçi bildirib ki, içki düşkünü olan həyat yoldaşı borclarını ona ödətdirmək istəyirmiş:

“Ərim içki düşkünü idi. Hər gün evə içib gəlirdi. Xeyli borcları olurdu. Borcunu qaytara bilmədiyi kişilərə məni təklif edirdi. Hər gün evin qapısını tanımadığım kişilər döyürdü. 2015-ci ilin avqust ayının 18-də ərə getmişəm. Qayınanam və qayınatam mənə zülm edirlər. Üç ayın gəlini olmuşam. Rəsmi nikahımız da var. Göstərdilər, razılaşdıq ailə qurduq. Bir-birimizi istəyib ailə qurmuşuq. Bir nəfər caladı ki, yaxşı oğlandır. Amma əvvəldən onun işlərini bilməmişəm. Həmişə istəmişəm ki, öz evim-eşiyim olsun. Vasitəçi xanım baldızımgilin qonşusudur. Çox yaxşı baxmışam ona. Corabına qədər ütüləyirdim. Qayınanam mənə deyir ki, yemə, içmə, ac qal. Oğluna deyir ki, işdə ye, bu evdə ac qalsın. Kirayədə qalırdıq. İçib gəlirdi, deyirdi ki, anam deyir, get, qızı öldür”.
İntiqam VALEHOĞLU
Ölkə.Az

Saytların yığılması Saytlarin yigilmasi

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button