2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Ərini öldürməkdə ittiham olunan qadın: “Məni döyürdü, boğurdu, özümü müdafiə edəndə…”

Yayımlandı: 18 İyul 2022 13:56

Zərərçəkmiş tərəf qadına verilən cəzadan narazıdır

Həyat yoldaşını öldürməkdə ittiham olunan 31 yaşlı Gülnar Vəlizadəyə hökm oxunub. İyulun 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyilə çıxarılan hökmlə o, 9 il azadlıqdan məhrum edilib. İki azyaşlı uşaq anası olan Gülnar Vəlizadə Cinayət Məcəlləsinin 126.3 (qəsdən bədənə ağır xəsarət yetirmə, ölümə səbəb olduqda) maddəsilə təqsirli bilinib.

Saytların yığılması Saytlarin yigilmasi

İttihama əsasən, o, həyat yoldaşına bıçaqla bir dəfə xəsarət yetirib və o, xəstəxanaya gec çatdırıldığına görə qanaxmadan ölüb. Hadisə bu ilin yanvarında Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində baş verib.

Məhkəmədə hökmdən əvvəl çıxış eən prokuror da Gülnar Vəlizadəyə 9 il həbs cəzası verilməsini təklif edib. Mərhum Elşən Hadızadənin anası, zərərçəkmişin hüquqi varisi qismində tanınan Mahirə Hadıyeva isə gəlininə verilən ittihamın Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif olunmasını, ona ağır cəza verilməsini tələb edib.

“9 il nədir ki?! 9 ili çəkib çıxacaq, mənim oğlum isə geri qayıtmayacaq. Mənim oğlum onu döyməyib”, – Mahirə Hadıyeva bildirib.

Gülnar Vəlizadənin vəkili isə əksinə, müvəkkilinin özünü müdafiə edərkən bu hadisənin yaşandığını bildirib. Ona görə də ittihamın Cinayət Məcəlləsinin 123-cü (zəruri müdafiə həddini aşmaqla adam öldürmə) maddəsinə tövsif olunmasını istəyib.

Gülnar Vəlizadə özü də hadisəni qəsdən törətmədiyini bildirib. Onun sözlərinə görə, hadisə günü Elşən Hadızadə onu möhkəm döyüb, boğarkən dözə bilməyib, əlinə keçən mətbəx bıçağıyla onu vurub. Amma dərhal sonra da tibbi yardım göstərmək üçün gedib aptekdən dərman alıb gətirib:

“Məni boğurdu, öldürəcəkdi, özümü müdafiə edərkən baş verib. Əgər mən onu öldürmək istəyirdimsə, o zaman niyə gedib dərman alıb gətirirdim, yardım edirdim?”

O, son sözündə məhkəmədən ədalətli hökm çıxarmasını istəyib.

Məhkəmədə araşdırmalar zamanı məlum olub ki, 1990-cı il təvəllüdlü Elşən Hadızadə hadisədən sonra uzun müddət təcili yardım çağırılmasına imkan verməyib. O, ətrafdakılara da həyətdə təmir işləri görərkən yıxıldığını, bu zaman bıçaq batdığını bildirib.

Elşən Hadızadə və Gülnar Vəlizadənin birgə nikahdan olan iki azyaşlı oğlu ata nənələri Mahirə Hadıyevanın himayəsindədir.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button