2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSEÇMƏ

190 manat yardım ala bilməyən bu şəxslər məhkəməyə müraciət edə bilər – İZAH

Məlum olduğu kimi, Nazirlər Kabineti (NK) tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulmuşdu.

“24 saat” bildirir ki, işsiz vətəndaşların 190 manat birdəfəlik yardım almaları üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olmaları tələb olunurdu. Əgər şəxs 1 aprel 2020 tarixinədək həmin altsistemdədirsə, ondan əlavə heç bir əməliyyat etmək tələb olunmadan 190 manat yardım verilməli idi.

Əgər şəxs 1 aprel tarixindən sonra ƏƏSMN-in təqdim etdiyi e-sosial.az saytından qeydiyyatdan keçməyi bacarmışdısa, bu zaman həmin şəxs də, müvafiq məhdudiyyətlər istisna olmaqla dövlət tərəfindən ayrılmış 190 manat birdəfəlik yardım almaq hüququna sahib olurdu.

Saytların yığılması Saytlarin yigilmasi

190 manat birdəfəlik yardım NK-ın 127 saylı qərarına əsasən aşağıdakı hallarda verilməyə bilərdi:

ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə;

əmək pensiyaçılarına;

aylıq müavinət alanlara;

aylıq təqaüd alanlara;

özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə;

işsizlikdən sığorta ödənişi alanlara;

peşə hazırlığına görə təqaüd alanlara;

2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə;

əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara;

əri və ya arvadı bu Qaydanın 2.3.1-ci – 2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə.

Lakin ƏƏSMN-in hüququ olaraq müraciətlərin dayandırılmasını elan etdiyi tarixdən (27 aprel 2020) etibarən bir çox vətandaşa 2 və ya daha çox maşının olması səbəbindən imtina cavabını verdiyinə dair sosial şəbəkələrdə məlumatlar paylaşılıb. Nazirlər Kabinetinin 127 saylı qəraına əlavə olunan müddəalardan aydın görünür ki, sayından asılı olmayaraq maşını olan şəxslərə 190 manat birdəfəlik yardımın verilməsindən imtina edilməsi bu qərarın tələblərinə ziddir.

“24 saat” bildirir ki, Nazirlər Kabineti inzibati orqandı. Bu səbəbdən onların verdiyi qərar inzibati xarakter daşıyır və məhkəmədə inzibati qaydada mübahisələndirilə bilər.

ƏƏSMN NK Operativ Qərargahın (OQ) üzvüdür və onların da qəbul etdiyi qərar NK OQ-un adından qəbul edilmiş hesab edilməlidir.

Başqa sözlə, ƏƏSMN tərəfindən müraciətinə “maşını olduğu üçün” imtina cavabı verilən şəxslər bu qərardan məhkəməyə müraciət edə bilər.

Məhkəməyə müraciət üçün tələb olunan hüquqi əsaslar aşağıdakılardır:

“Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN

127 SAYLI Q Ə R A RI

“Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlərhaqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.5-ci bəndinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı tədbirlər planı”nın II hissəsinin 4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmə verilsin.

2)“Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası” təsdiq edilsin (əlavə olunur).

3)Bu Qərar 2020-ci il 1 aprel tarixindən tətbiq olunur.

Əli Əsədov Azərbaycan Respublikasının Baş Naziri Bakı şəhəri, 7 aprel 2020-ci il № 127

Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası

Ümumi müddəalar

1.1. Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVID-19) pandemiyası (bundan sonra – pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra – MEİS) “Məşğulluq” altsistemində (bundan sonra – MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir.

1.2. Birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir.

1.3. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir.

1.4. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.

Birdəfəlik ödəmənin verilməsi şərtləri

2.1. Birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata 4 alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. 2.2. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir:

2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə;

2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə.

2.3. Dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir:

2.3.1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə;

2.3.2. əmək pensiyaçılarına;

2.3.3. aylıq müavinət alanlara;

2.3.4. aylıq təqaüd alanlara;

2.3.5. özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə;

2.3.6. işsizlikdən sığorta ödənişi alanlara;

2.3.7. peşə hazırlığına görə təqaüd alanlara;

2.3.8. 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə;

2.3.9. əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara;

2.3.10. əri və ya arvadı bu Qaydanın 2.3.1-ci – 2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə.

2.4. Birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir.

Birdəfəlik ödəmənin verilməsi qaydası

3.1. Şəxs birdəfəlik ödəmənin alınması üçün “e-sosial” portalında “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın müvəqqəti ləğv edilməsi” xidmətindən istifadə edərək müraciət edir.

3.2. İşsiz statusu olanlara münasibətdə MAS tərəfindən bu Qaydanın 3.4-cü və 3.5-ci bəndlərinə uyğun olaraq yoxlama aparılır və müvafiq qərar qəbul olunur.

3.3. İşsiz statusu olmayan şəxs isə bu statusun alınması üçün bu Qaydanın 3.1-ci bəndində göstərilən qaydada müraciət edir. Bu 5 zaman MAS tərəfindən şəxsə münasib işin təklif edilməsi mümkün olmadıqda, dərhal işsiz statusunun verilməsi haqqında qərar qəbul olunur və bu Qaydanın 3.4-cü və 3.5-ci bəndlərinə uyğun olaraq yoxlama aparılır.

3.4. MAS tərəfindən işsiz şəxsin bu Qaydanın 2.3-cü bəndində göstərilən şəxslərə aid olması yoxlanılır. Yoxlama nəticəsində işsiz şəxsin bu Qaydanın 2.3-cü bəndində göstərilən şəxsə aid olması müəyyən edildikdə, MAS tərəfindən elektron qaydada birdəfəlik ödəmənin verilməsindən imtina olunur, bu barədə işsiz şəxsə imtinanın səbəbi göstərilməklə, mobil telefon vasitəsilə SMS göndərilir və onun elektron kabinetinə əsaslandırılmış bildiriş yerləşdirilir.

3.5. Yoxlama nəticəsində işsiz şəxsin bu Qaydanın 2.3-cü bəndində göstərilən şəxsə aid olmaması müəyyən edildikdə, birdəfəlik ödəmənin təyin edilməsi haqqında MAS tərəfindən qərar qəbul olunur.

3.6. Birdəfəlik ödəmə bank və ya poçt vasitəsilə ödənilir və bu barədə şəxsin mobil telefonuna SMS göndərilir.

3.7. Birdəfəlik ödəmə pandemiya ilə əlaqədar xüsusi karantin rejimi dövründə aylıq həyata keçirilir. Növbəti ay üçün birdəfəlik ödəmə təkrar yoxlama keçirildikdən sonra əvvəlki ödənişdən 30 (otuz) gün sonra həyata keçirilir.

3.8. Bu Qaydanın 2.3.9-cu və 2.3.10-cu yarımbəndlərinə uyğun olaraq, işsiz şəxslərin ailə vəziyyəti haqqında məlumatlar avtomatlaşdırılmış rejimdə Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrindən yoxlanılır.

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

35 şərh

  1. Men eger 2011 ci ilde taksi fealiyyeti ucun VÖEN acdirib ve ondan faktiki istifade etmemishemse bu gun menim 190 manata gore nazirlik terefinden sahibkar adlandirilmagim ve 5 neferden ibaret ailenin bu yardimi ala bilmemesi ne dercede dogrudur ?

  2. Bidene 60 manat Aylig pul verirsiz!!!! Qarabaglilara!!! Yoldashim qarabaglidi alir Men Yerliyem deye dushmur ne mene nede korpe ogluma dushmur !!! 190 manatda bu 60, manata gore vermirsiz!!! 60 manata 1 ay ushaga nece baxaydim!!!! Bir O qarnina yeyenler fikirleshmedi!!!!! 18 yashi olan kimi bizim Esgermizdi deyib goturub aparacagsize !;!!!! gunlerle ama Ushag ac yatdi qonsudan Yalandan Boyad chorek ver ete qatram deyib boyad corek yedizdrmisem ushagma !!! kimese Agizda aca bimek olmur teze aileyik yoldasimi pis veziyetde qohmag olmur!!!siz nece Insanlarsiz!!!!!

  3. Ailədə 4 nəfərik 2 uşaq 8 yaşına gedər, həyat yoldaşım işsizdir. Özüm iki işdə istəyirdim biri qeyri hökumət işində rəsmi 350 AZN, birdəki qeyri rəsmi restoranda ofisiant kimi çalışırdım, burdakı əlavə 400 AZN kimi gəlir gətirirdi. Rəsmi istədiyim yer hələki qalır bilinmir necə olacaq. Əlavə işim mart ayından mümkün olmayıb. Mənim başqa ailə üzvlərinə 190 manat düşür və necə almaq olar? Bilən email yazsın. Qabaqcadan minnətdaram

  4. Slaam mən ayın 9 dan qeydiyyatdan keçimisem ama helemde bir cavab yoxdur ya hə yada yox sms gelmiyib heç bir yerdə işləmirəm adıma ev yox maşın yox voyunum yox adıma torpaq yox ayın 9 dan bu yana mene heç bir sms gelmiyim ayın 4 kimi gozleyecem əyər mənə sms gelmese and olsun allaha ki pramoy prezident aparatına gedecem görüm niyə mənə düşmür buda nomrem 055 548 47 65

  5. Salam mən şəkidənəm adım aynur mənə imtina gəldiki düşmür niyə yoldaşımdan 2009 ayrılmışam smsdə yazılıb ki əriniz kənd təsərrüfatı üzrə subsediya alır mənim şəxsiyyətimdə subay yazılıb mən 190 manatı oğluma görə istəyirəm bizdə fayfay yoxdur onlayn dərslərə çatdlra bilmirəm əgər mənim oğlum dərslərdən geri məndə ilham əliyevin qəbuluna yazılıb hər şeyi danışgam onda görək negə olagaq anam şəkərdir atam işləmir mən işləmirəm atam pensiya akmır birgə anamdır 200 alır ondanda işıq pulu qaz pulu zibil pulu evə ərzaq özünün dərmanları siz deyin mən nağarım meqabayta da pul çatmır mənim oğlum dərslərdən geri qalır 7 də oxuyur əgər suz bu işə baxmasaz onda məndə prezdentimizə yszgam

  6. Salam yoldawimada geldili voeni var.memede geldiki voeni var erinizin.lenete gelsin bu voeni.men bezdm artq.nifret eledm herweye.men saatlarla aglram hrsmden.yoldawm voeni 4ay zad olar odeye blmrdi hec .indide dyrler voeni var.wexsi iwi yoxdu axi yoldawimn.bawqa iwde iwleyrdi.muduru acdrdi adina voeni.ordan cixdi.lenete gelmw voen qaldi buda odeye blmedi.nece aydi iwszdi.hec olmasa mene duwerdi.iki uwagla qalmwam bele camahata verdler bize vermedler.2yawinda uwagm var.blmrm day ne eleyemki uwaqn qarni doysun.bele dovlet olmaz.bele yoldawimin voenine kimi gedb arawdrmsizsa pul vermemeyin uzunden.onda axira kimi arawdraydizda.goreydiz nece yawayrq.voeni odeye blmr hec karantindende qabaq.vallah yoruldum uje yawamaqdan.niye bele edirsiz axi bize qarwi.

  7. Mən 10 aprel də nazirliyin verdiyi xəbərə əsasən online geydiyatdan kecmisam .işsiz olduğumda tesdiglenib rayon mesgullug xidməti tərəfindən .hegigeten işsizəm heç bir yerdən gelirim yoxdu .mənimlə bərabər geydiyatdan keçənlərin hamsii 190manati aldi.ama mənə nə düşür nə imtina hagda heç bir sms gelmeyib .nazirliyin goydugu prinsipləre əsaslansaq mənədə düşür 190 manat ama heç bir xəbər yoxdu

  8. Men ve yoldasim işsizik ve qeydiyyatdan isziz kimi kecmisik, heç bir yerden gelirimiz olmadigi halda bize 190 azn vermekden imtina etdiler,sebeb ise menim etibarname ile masin surmeyimdi. Karantin vaxti isee masin surmeye icazem bele yoxdu.

  9. Mene dunen axsam gelibki adinoza masin var 6 il bundan qabag qardasimin masini menim adima olub sonra satilib Tovuz rayonuna indi men kirayede qaliram bir ogul boyudurem geleceyin eskerini boyudurem men 2 aydi evin pulunuda verebilmirem bunlar niye bele edir hara yaziram mene cavab vermirler axi derdimi kime deyim men butun kanallara yazmisam ozunu terifleyen verlislerden uardim istemisem heckim baxmayib bu olkede kime guvenim men

  10. 25 gündü qeydiyatdan keçmişəm sms zad gəlmiyib mənə belə şey olar dayı bundan sora 190 manatı neyniyim öldüm acından bu gün saba karantin marantin qurtaracaq mən hələ almamışam adıma heçnə yoxdu 29 ildi işləmirəm adıma nəyinsə olmagı bir yana heç atam da anamda yoxdu kimsəsiz adamam bir xəbər verən yoxduki vericiyik və yaxud vermiyciyik belə şey olar..

    1. Salam.men 15 ildi bakida kiraye qaliram2 az yawli uwagim var.yoldawim hec bir yerde iwlemir.sadece yoldawimin adinda kreditle alinmiw mawin var.yoldawima mesaj geldiki adinizda torpaq var.hansiki o torpaqki hec bir insan ayagi deymeyen yerfe dagin bawinda.ona gore imtina etdiler.menede mesaj geldiki erinizin mawini var.sene verilmesinden imtina edirik.yoldawim gune muz iwleyirdi.artiq 48 gundu evdedi.oda iwlemir.kiraye pulun neile verim uwagim ne yesin.hec olmaya mene vereydinizki mende uwaqlarima pendir corek alim verim yesin.veziyyetimiz cox pisfi.olduqca pis.

  11. Mənim adımda avtomobili yalnız sürmək üçün 1(bir) etibarnamə var. Onuda dostum öz maşınına etibarnamə veribki çətin anda(xeste olanda, sərxoş olanda ve.s)maşını idarə edim.
    Mesaj gelibki istifadenizde nəqliyyat vasitəsi var və siz bu yardımdan yararlana bilməzsiz.
    Xahiş edirəm bu isə yenidən baxasınız.
    İsmayılov Nizami İsmayıl oğlu. Subay.
    AZE 17582079
    Fin 1H30SX7
    055 8701019

  12. Mene gelen imtina torpaq sahesi olmasidir.Bu torpaqda men ev tikdirirem.Muveqqeti bawqa bir menzilde qeydiyyatdayam.Sahibkar deyilem.Vöenim yoxdur.Subsidiya almiram.Evde işsiz olan qızım iki korpesi ile tek ana olaraq helede cavab almayib.Men imkanim olmadigi ucun evim natamam tikili qalib buna gore qohum evine qeydiyyata duşmuşuk.yaşamaga yerimiz yox hemin qohum evinde qaliriq.Bele olan halda ne edek?

  13. Mənə də yoldaşıma da gəlib ki maşin var.bir lix lix maşın var .o bəyəm dörd nəfərə yemək verir .karantinde bayıra çıxma dedilər ancaq acından uşaqlarımız ölməlidir.masin söhbətin özlərindən çıxartdılar.qanunda bu yox idi.bu isə birdə baxılsın xaiş edirəm.virus öldürməsede aclıq eseb öldürəcək bizi

  14. Mənə mesaj gəlibki fərdi ucot sistemində adiniza gəlir aşkar olunub. Bilməy olar bu nə deməkdi? Bu nə gəlirdiki mənim bu gəlirdən xəbərim yoxdu bu gəlir hardan gəlir deyin biləkdə. Umumiyəylə fərdi ucot sistemi nədi? Və bu mənə necə gəlir verir?

  15. Mene de gece imtina mesajı geldi.:- azteminatlı meyara uyqun olmasıqınız üçün size 190 man.yardım etmekden imtina etdik.çox qeribedi.çen ümumiyyətlə teminatsızam. iş,ev,maşın,müavinet heçne yoxdur.çölün düzünde 15 sot torpaqı.50 yaşımda 15 sot torpaqla yaşamaq olarmı.bele bir veziyyetde pandemiya dövründe olunacaq yardımın torpaqa ne aidiyyatı? İxtisasca müellimeyem,28 yaşımda Astara meşqulluq merkezine iş üçün müraciet etmişdim.o vaxtdan bu güne heç bir iş teklifi almadım. İndi 50 yaşındayam.yeniden pandemiyaya göre qeydiyyatdan keçdim,işaxtaran statusu verilib ) gülmelidi .bu gün Astara meşqulluq merkezi ile çetin de olsa elaqe saxladım(zenglere cavab vermirler) mene işsiz statusunun neden verilmemesinin sebebini soruşduqumda telefona cavab veren mesul işçi meni dinlemeden telefonu üzüme qapatdı.vetendaşı doqru düzgün dinlemeden, melumatlandırmadan üzüne telefonu qapatmaq ne derecede doqrudur?

  16. Salam men Veliyeva Əminə 190m birdefelik odemeye muraciyat etmişdim ama sebebsiz yere mende imtina geldi Lakin heç bir yerden gelirim yoxdu Pensiya Muavinət almiram Cənab Prezident imizin Karantinlə bağlı qebul etdiyi qərare esasen azteminatlı və işsiz ailelere 190 m birdefelik yardim verilmişdir. Mən də işsiz oldugum uçun heç bir yerden gelirim olmadigi uçun adıma heç bir əmlak olmadigi uçun muraciyet etdim lakin sebensiz esaslarla imtina geldi imtina qeyd olunurki siz azteminatlıq memarina uygun deyilsiz Xahiş Edirem bu muraciəti bərpa edib mənə 190 manat birdefelik yardım verilməsinden komemlik gözderesiniz

  17. Salam Mən Qarayeva Gülarə Akif qızı.
    Mən 2 defe190 man aldim. Ancaq 3 cu ay verilən 190 man ala bilmedim. 142 zeng vurdum dedilerki yoldaşınızın emek müqavilesi var. Xahis edirem köməklik edin yeniden berpa edilsin. Heç bir yerden maddi yardim almırıq.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button