Loading...
Loading...
Manşet

2018-ci ildə vəzifədən gedən məmurlar: baş nazir, nazirlər, icra başçıları

2018-ci il məmurların, əsasən iri ranqlı vəzifə sahiblərinin işdən uzaqlaşdırılmaları ilə yadda qalıb. Vəzivəsini itirən məburlar sırasında Baş nazirlə yanaşı, baş nazir müavinləri, nazirlər, komitə sədrləri və icra başçıları da var.

24saat.org mediada gedən məlumatlara və rəsmi sərəncamlara əsasən, 2018-ci ildə olan kadr dəyişiklikləri ilə bağlı material hazırlayıb:

Bu ilin aprelində keçirilən prezident seçkilərindən sonra hökumətin yeni tərkibi formalışdırılıb.

Baş nazir Artur Rasizadəni postunda Novruz Məmmədov əvəz edib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da tutduğu vəzifə ilə vidalaşmalı olub. Hökumətin yeni tərkibində Əli Həsənov əvvəlki vəzifələrindən yalnız birinə – baş nazirin müavini postuna təyinat alıb. Qaçqınkom”un yeni sədri Milli Məclisin üzvü Rövşən Rzayevdir.

Yeni tərkibə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da düşə bilməyib. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, yeni nazir Sahil Babayev təyin edilib. Qeyd edək ki, S.Müslümov bundan əvvəl uzun illər Dövlət Sosial Müdafiə Fondunun sədri olub.

Seçkidən sonra hökumət kabinetində yer almayan nazirlərdən biri də Heydər Əsədov oldu. O, 2013-cü il prezident seçkilərindən sonra təyin olunduğu kənd təsərrüfatı naziri postundan 2018-ci il prezident seçkilərindən sonra alındı. Prezident İlham Əliyevin sərəncamı ilə İnam Kərimov yeni kabinetdə kənd təsərrüfatı naziri təyin edilib. İnam Kərimov bu təyinata qədər “ASAN xidmət”in rəhbəri vəzifəsində çalışıb.

17 il – 2001-ci ildən ekologiya və təbii sərvətlər naziri postunu tutan Hüseynqulu Bağırov da bu ilin aprelində vəzifəsi ilə vidalaşmalı oldu.

Prezidentin sərəncama əsasən, Milli Məclisin deputatı Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri təyin olunub.

Azərbaycanın bir parçası olan Naxçıvan Muxtar Respublikasında da ötən müddətdə 2 nazir dəyişikliyi baş tutub. Naxçıvan kənd təsərrüfatı naziri Elşad Əliyev vəzifəsindən azad olunub. Elşad Əliyev Naxçıvan Muxtar Respublikası baş nazirinin birinci müavini təyin edilib. Elşad Əliyevi Bəhruz Bayramov əvəzləyib. O, bundan əvvəl Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin baş direktoru və eyni zamanda Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı nazirinin müavini vəzifəsində çalışıb. Ali Məclisin sədri Vasif Talıbov Məmməd Qəribovun Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsindən azad edilməsi haqqında da fərman imzalayıb.

Prezident İlham Əliyev qar Səfərovun Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Mirsənani Mirsaleh oğlu Seyidov Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. M. Seyidov buna qədər Naxçıvan Muxtar Respublikasının nəqliyyat naziri vəzifəsində çalışıb.

2018-ci ildə Azərbaycanda işsiz qalanlardan biri də Dövlət Gömrük Komitəsinin sədri olub. Prezidentin sərəncamına əsasən, Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin sədri təyin edilib. Ona qədər bu postu tutan Aydın Əliyevə isə vəzifə verilməyib.

Hökumətin əvvəlki tərkibində baş nazirin müavinləri postunda Abid Şərifov, İsmət Abbasov və Elçin Əfəndiyev də vardı. Yeni tərkibdə isə baş nazirin müavini postuna gətirilənlərdən biri də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov oldu. Onun yerinə isə Eldar Əzizov təyin edilib.

Eldar Əzizovun yerinə isə qar Teyyub oğlu Zeynalov Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Boş qalan vəzifələrindən biri də müdafiə sənayesi naziri postudur. Bu ilin iyununda müdafiə sənayesi naziri Yavər Camalov ağır xəstəlikdən sonra dünyasını dəyişib. Bundan sonra həmin posta təyinat olmayıb.

2018-ci il iyulun 3-də Mingəçevirdə yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası”nın yarımstansiyalarından birində baş verən qəzadan 2 ay sonra “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev işdən çıxarılıb. Rəsmi məlumatda bildirilir ki, qəza ilə bağlı araşdırma aparan Dövlət Komissiyasının yekun rəyi ilə tanış olan prezident işdə yol verdiyi nöqsanlara görə Etibar Pirverdiyevi tutduğu vəzifədən azad edib. Onun yerinə “Bakıelektrikşəbəkə”nin rəhbəri Baba Rzayev təyin edilib.

2018-ci ili icra başçıları üçün də çətin sınaq ili adlandırmaq olar. Mayın 18-də Natiq Aslanovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqda sərəncam imzalanıb. Dövlət başçısının digər sərəncamı ilə Rövşən Hüseyn oğlu İbrahimov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bu ilin martında tutduğu vəzifədən azad edildi. Elxan Allahverdiyev Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Bu il avqustun 28-də daha bir icra başçısıAzərbaycanın 2-ci böyük şəhəri olan Gəncəyə uzun illər rəhbərlik edən Elmar Vəliyevlə bağlı qərar verildi. Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Gəncənin icra başçısı Elmar Vəliyev vəzifəsindən azad olundu, ölkə başçısının digər sərəncamı ilə onun yerinə Niyazi Bayramov təyin edildi. Niyazi Bayramov bundan əvvəl Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini tuturdu. Elmar Vəliyevin vəzifədən alınması qərarının ona qarşı törədilmiş sui-qəsddən sonra uzunmüddətli müalicəyə və bərpaya ehtiyac duyması ilə bağlı olması xəbərləri var.

Gözdən qaçırmayın:  Putin ailəsini bunkerdə gizlədib - ŞOK İDDİA

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov da vəzifəsindən azad edilib. Bu il iyulun 1-də prezidentin imzaladığı sərəncamla Ramiz Yediyarov işdən azad edilib. Ramiz Yediyarovdan 5 gün sonra Raqub Məmmədov Ağdam Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Raqub Məmmədovla eyni gündə – iyunun 6-da Tofiq Zeynalov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Dövlət başçısının digər sərəncamı ilə Məmməd Məmmədov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Vaqif Bəhram oğlu Həsənov Ağdam İcra Hakimiyyətinin, İbrahim Ənvər oğlu Mustafayev isə Gədəbəy İcra Hakimiyyətinin başçısı təyin edilib

Fevral ayında boş qalan Yasamal rayon icra hakimiyyətinin başçısı vəzifəsinə  Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Əziz Əzizov təyin edilib.

Noyabr ayında Asif Əzizağa oğlu Ağayev Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.

Şamaxı Rayon İcra Hakimiyyətinə isə Tahir Nadir oğlu Məmmədov təyin edilib. T.Məmmədov İTV-də çalışıb.

2018-ci ilin aprel ayındakı növbədənkənar prezident seçkilərindən sonra yeni hökumət tərkibini ölkə baçşçısı belə təsdiqləyib:

Baş nazirin birinci müavini Yaqub Abdulla oğlu Eyyubov,

Baş nazirin müavini Əli Cavad oğlu Əhmədov,

baş nazirin müavini Əli Şamil oğlu Həsənov,

Baş nazirin müavini Hacıbala İbrahim oğlu Abutalıbov,

daxili işlər naziri Ramil İdris oğlu Usubov,

ekologiya və təbii sərvətlər naziri Muxtar Bahadur oğlu Babayev

energetika naziri Pərviz Oqtay oğlu Şahbazov,

ədliyyə naziri Fikrət Fərrux oğlu Məmmədov,

əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Rafiq oğlu Babayev,

fövqəladə hallar naziri Kəmaləddin Fəttah oğlu Heydərov,

gənclər və idman naziri Azad Arif oğlu Rəhimov,

xarici işlər naziri Elmar Məhərrəm oğlu Məmmədyarov,

iqtisadiyyat naziri Şahin Abdulla oğlu Mustafayev,

kənd təsərrüfati naziri İnam İmdad oğlu Kərimov,

maliyyə naziri Samir Rauf oğlu Şərifov,

mədəniyyət naziri Əbülfəs Mürsəl oğlu Qarayev,

müdafiə naziri Zakir Əsgər oğlu Həsənov,

müdafiə sənayesi naziri Yavər Talıb oğlu Camalov,

nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Namiq oğlu Quluzadə,

səhiyyə naziri Oqtay Kazım oğlu Şirəliyev,

təhsil naziri Ceyhun Əziz oğlu Bayramov,

vergilər naziri Mikayıl Çingiz oğlu Cabbarov,

Ailə, qadin və uşaq problemləri üzrə dövlət komitəsinin sədri Hicran Kamran qızı Hüseynova,

Diasporla iş üzrə dövlət komitəsinin sədri Fuad Rauf oğlu Muradov,

Dini qurumlarla iş üzrə dövlət komitəsinin sədri Mübariz Qəhrəman oğlu Qurbanlı,

Dövlət gömrük komitəsinin sədri Səfər Məmməd oğlu Mehdiyev,

Dövlət statistika komitəsinin sədri Tahir Yaqub oğlu Budaqov,

Dövlət şəhərsalma və arxitektura komitəsinin sədri Samir Rafiq oğlu Nuriyev,

Əmlak Məsələləri dövlət komitəsinin sədri Kərəm Əvəz oğlu Həsənov,

Qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin sədri Rövşən Şükür oğlu Rzayev,

Dövlət miqrasiya xidmətinin rəisi Vüsal Əfqan oğlu Hüseynov,

Dövlət sərhəd xidmətinin rəisi Elçin İsağa oğlu Quliyev,

Dövlət təhlükəsizliyi xidmətinin rəisi Mədət Qəzənfər oğlu Quliyev,

Xarici kəşfiyyat xidmətinin rəisi Orxan Sedyar oğlu Sultanov,

Səfərbərlik və hərbi xidmətə çağiriş üzrə dövlət xidmətinin rəisi Arzu Yusif oğlu Rəhimov,

Qida təhlükəsizliyi agentliyinin sədri Qoşqar İlahi oğlu Təhməzli,

Dövlət turizm agentliyinin sədri Fuad Hümbət oğlu Nağıyev.

Prezident seçkisindən əvvəlki tərkibdə təmsil olunan, yeni kabinetdə yer almayan məmurlar isə aşağıdakılardır:

Baş nazir – Artur Rəsizadə

Əmək və əhalinin sosial müdafiəsi naziri – Səlim Müslümov

Kənd təsərrüfatı naziri – Heydər Əsədov

Ekologiya və təbii sərvətlər naziri – Hüseyn Bağırov

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri – Əli Həsənov

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri – Nazim İbrahimov

Dövlət Gömrük Komitəsinin sədri – Aydın Əliyev

Dövlət Miqrasiya Xidmətinin rəisi – Firudin Nəbiyev

Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri – Hacıbala Abutalıbov

Baş Nazirin müavinləri – Abid Şərifov, Elçin Əfəndiyev, İsmət Abbasov

 

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button