2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

2019-ci ilin bayram günləri açıqlandı

Azərbaycanda 2019-cu il üçün bayram günləri tarixləri açıqlanıb.

24saat.org xəbər verir ki, bununla bağlı Baş nazir Novruz Məmmədov Novruz, Ramazan və Qurban bayramının tarixləri ilə bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli Fərmanının 2-ci hissəsinə əsasən, 2019-cu il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, iyunun 5, 6-sı Ramazan bayramı, avqustun 12, 13-ü Qurban bayramı günləri müəyyən edilərək, qeyri-iş günü hesab olunsun.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, Azərbaycanda aşağıdakı bayram və hüzn günləri də iş günü hesab edilmir:

20 Yanvar – Ümumxalq hüzn günü,
8 Mart – Qadınlar günü,
9 May – Faşizm üzərində Qələbə günü,
28 May – Respublika günü,
15 İyun – Azərbaycan xalqının Milli Qurtuluş günü,
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü,
9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü və
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button