2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

3 kiloqram olan 7 yaşlı uşağı övladlığa götürüb, ölümdən xilas etdilər – İNANILMAZ- FOTOLAR

24saat.org xəbər verir ki, Bolqarıstanda yetimxanada yaşayan Ryan Morze skolyoz, beyin iflici, çox qısa ayaqlar və cırtdanboyluluq xəstəliyi ilə doğulub. Devid və Priscilla cütlüyü tərəfindən övladlığa götürüldüyü zaman isə yeddi yaşında olmasına baxmayaraq cəmi 3 kiloqram 600 qram çəkisində olub.

Həkimlərin yaşamasına ümidi olmayan Ryan Morze indi gün keçdikcə daha da sağlam hala gəlir. Belə ki, Morzen ailəsi uşağı övladlığa götürmək istədiklərini bildirir və bu, onun üçün bir ümid işığı olur. Övladlığa götürüldükdən sonra Ryan iki ay ərzində xəstəxanada qalır, lazım olan əməliyyatlardan keçir.  2015-ci ilin oktyabr ayında isə ailə Ryan Morzeni evlərinə aparır. Morze ailəsinin Dylan və Jack adında iki oğulları, 2012-ci ildə Rusiyadan övladlığa götürdükləri Daun sindromlu Mckenzi adında bir qızları daha var. Həkimlər Ryanın sağalacağına ümid etməsələr də ailə bir-birilərindən güc alaraq bu çətin prosesi kimsənin təxmin etmədiyi şəkildə davam etdirir. Qısa müddət ərzində Ryan xeyli irəli gedərək hər kəsi heyrətləndirir. Kökəlməyə başlayan Ryan qısa müddətdə sağlam saçlara və sağlam dəri rənginə sahib olur.
Ölümün eşiğinden çekip çıkardılar 4.resim
İndi səkkiz yaşında olan Ryan 10 kiloya çatıb və yavaş-yavaş danışmağa başlayır. Ryan bu inkişafını möcüzə kimi dəyərləndirən həkimlər, eyni zamanda daha nə qədər irəli gedəcəyini, müalicənin nə qədər davam edəcəyini və tam olaraq danışıb, danışmayacağını dəqiq bilmir. Ancaq Morze ailəsi Ryanın daha çox inkişaf edəcəyi məsələsində həmfikirdilər, olduqca da səbrlidirlər.
Ölümün eşiğinden çekip çıkardılar 6.resim
Ana Priscilla Morze Ryan ilə ilk qarşılaşmalarının olduqca qorxulu olduğunu, uşağın müqəvvaya oxşadığını deyir. Və qeyd edir ki, Ryanı görəndə ağlına gələn ilk fikir o oldu ki, Ryan heç vaxt sağalmayacaq.
Ölümün eşiğinden çekip çıkardılar 2.resim
Ölümün eşiğinden çekip çıkardılar 13.resim
Priscillanın məhz xüsusi ehtiyacları olan uşaqları övladlığa götürmək istəməsinin bir səbəbi var. Belə ki, o hələ kiçik yaşındaykən xəstə olan doqquz yaşlı qardaşını itirir və bu itki həm onun, həm də ailəsi üçün böyük bir travma olur. Ailəsinin qardaşını böyük bir sevgi ilə böyütdüyünü deyən Priscilla Morze hər kəsin bir ailəyə sahib olmağı haqq etdiyini deyir. Eyni zamanda, içindəki sevgini Ryan və Mckenzie kimi xüsusi ehtiyacları olan uşaqlara verməyi davam etdirəcəyini vurğulayır.
Ryanın bu inanılmaz dəyişimi yalnız Morze ailəsini deyil, dünyanın müxtəlif yerlərindəki bir çox insana təsir edib. Sosial şəbəkədə Priscillanın paylaşım etdiyi səhifəsi çox sayda rəğbət qazanıb. Hər kəs inanır ki, Ryan Morze bundan sonra ailəsinin verdiyi sevgi və göstərdiyi səbrlə daha da yaxşılaşacaq, xoşbəxt olmaqda davam edəcək.( moderator.az)
Ölümün eşiğinden çekip çıkardılar 9.resim
Ölümün eşiğinden çekip çıkardılar 8.resim
Ölümün eşiğinden çekip çıkardılar 11.resim
Ölümün eşiğinden çekip çıkardılar 12.resim
Ölümün eşiğinden çekip çıkardılar 14.resim
Ölümün eşiğinden çekip çıkardılar 15.resim

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button