2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Məhbus xanımı Litvada aksiya keçirib

Aksiyada Mehmana və digər siyasi məhbuslara azadlıq tələb olunub

Həbs olunan azərbaycanlı mühacir, məhbus Azad Həsənovun xanımı Təranə Həsənova həm öz həyat yoldaşına telefon danışığının və görüşün icazə verilməməsinə, həm də, Mehman Hüseynova dəstək üçün Litvada Azərbaycan səfirliyi önündə aksiya keçirib. Bu barədə Meydan TV-yə Litvada yaşayan azərbaycanlılar məlumat verib. Aksiyada Mehmana və digər siyasi məhbuslara azadlıq tələb olunub.

“Azad Həsənov haqsız yerə həbs olunub, ona qarşı ittihamlar yalandır. İndi mənasız məhdudiyyətlər qoyurlar ona. Nə telefonla danışmağa icazə verilir, nə də görüşməyə. Vəkilin müraciətinə məhəl qoyulmur. Təranə Həsənova deyir ki, bütün haqsızlıqlara etiraz olaraq Azad Həsənov aclıq aksiyasına başlayıb. Aclıq aksiyası ilə o, həm də Mehman Hüseynova dəstək olduğunu göstərir. “Son vaxtlar siyasi məhbuslara təzyiqlərin artması, onların karsa salınması, məhbusun cəzasının bitməsinə sayılı günlər qalmış qondarma ittihamla həbsi uzatmaq bir daha sübüt edir ki, diktator İlham Əliyev və onun komandası əslində bu insanlardan çox qorxur”, – məlumatda deyilir.

Saytların yığılması Saytlarin yigilmasi

Litvada siyasi mühacir həyatı yaşayan Azad Həsənov ötən ilin oktyabrın 10-da ağır xəstə olan atasına baş çəkmək üçün Bakıya gəlib.

Sərhədi problemsiz keçən A.Həsənov oktyabrın 11-də mülki geyimli şəxslər tərəfindən saxlanılıb. 

O, Müsavat Partiyasının üzvüdür. Partiya onun saxlanılması ilə əlaqədar olaraq oktyabrın 12-də bəyanat yayıb.

Azad Həsənov Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik vasitələri hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma) maddəsi ilə ittiham edilir.
Cinayət işini Bakı Şəhər Baş Polis İdarəsi aparır. İttiham sübuta yetirilərsə, A.Həsənovu əmlakı müsadirə olunmaqla 5 ildən 12 ilədək həbs gözləyir.

Mehman Hüseynov aclıq aksiyası keçirir.

Buna səbəb haqqında başlanmış yeni cinayət işidir. Penitensiar Xidmətin mətbuat xidmətinin yaydığı məlumata əsasən, dekabrın 26-da 14 saylı Cəzaçəkmə Müəssisəsində insident yaşanıb.

Məlumata görə, bloger müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Ələddin oğlu Abdalov xəsarət yetirib. Xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 317.2-ci maddəsi (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşına qarşı həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) ilə cinayət işi başlandığı bildirilir. Bu maddə 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib. Bloger Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin şikayəti əsasında həbs edilib. O, bu ilin martında azadlığa buraxılmalı idi.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button