2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

ABŞ BMT İnsan Haqları Şurasına müşahidəçi üzv kimi qayıdır


Birləşmiş Ştatlar ikiillik fasilədən sonra BMT-nin əsas insan haqları agentliyinə müşahidəçi statusunda qayıdacaq.

ABŞ-ı Cenevrədəki İnsan Haqları Şurasından keçmiş prezident Donald Trampın administrasiyası çıxarmışdı.

ABŞ-ın 47 ölkənin üzv olduğu bu qurumdakı səfiri Mark Kasseyr fevralın 8-də deyib:

Saytların yığılması Saytlarin yigilmasi

“Şuranın işindəki çatışmazlıqları nəzərə alsaq da, bilirik ki, bu qurum dünya boyunca tiranlığa və ədalətsizliyəı qarşı mübarizə aparanlar üçün potensial baxımdan böyük əhəmiyyətə malikdir”.

Birləşmiş Ştatların Cenevrədəki agentliyə qayıtması prezident Co Baydenin keçmiş administrasiyanın “səhvlərini düzəltməsi” addımlarından biri kimi qiymətləndirilir.

Səfir vurğulayıb ki, Bayden administrasiyası “demokratiya, insan haqları və bərabərliyə söykənən xarici siyasətə inanır”.

O əlavə edib ki, “çoxmillətli qurumlardan səmərəli istifadə bu baxışın mühüm elementidir”.

 

ABŞ bu ilin sonunadək tamhüquqlu üzv olacaq

Tramp administrasiyası İnsan Haqları Şurasını tərk etdiyini 2018-ci ilin iyununda elan etmişdi.

Vaşinqton qurumu İsrailə qarşı qərəzdə və ABŞ-ın istədiyi islahatları həyata keçirməməkdə ittiham etmişdi.

Məsələ burasındadır ki, bu şuraya daxil ölkələrin bəziləri, xüsusilə də Çin, Kuba, Eritreya, Rusiya və Venesuela insan haqlarının kobud pozucusu sayılırlar.

Xəbər verilir ki, indilik ABŞ bu qurumda səsvermələrdə iştirak etməyən müşahidəçi üzv kimi iştirak edəcək.

Rəsmilər bildirirlər ki, Vaşinqton daha sonra bu qurumda boşalan üç mandatdan birinə sahib olacaq.

Avstriya, Danimarka və İtaliyanın üzvlük mandatları bu ilin sonunda başa çatır.

Bunun üçün BMT Baş Assambleyası, adətən oktyabr ayında səsvermə keçirir.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button