Bizim tərcümə

ABŞ-da dostunu öldürüb körpəsini oğurlayan qadına ölüm hökmü

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-11-11 17:42:25

Münsiflər heyəti 29 yaşlı Parkeri hamilə rəfiqəsini öldürdüyünə və bətnində olan körpəsini oğurladığına görə ölüm cəzasına məhkum edib.

Taylor Parker 2020-ci ilin oktyabr ayında 35 həftəlik hamilə olan 21 yaşlı Reyqan Simmons-Hankoku Nyu Bostondakı evində 3 yaşlı qızının gözü qarşısında güllələyib, bətnindəki körpəsini oğurlayıb qaçıb. Qətl günü Parker sürət həddini aşdığı üçün yol polisi tərəfindən saxlanılıb və özünü yeni doğuş etmiş kimi göstərib. Lakin o, xəstəxanaya yerləşdirildikdən sonra həqiqət üzə çıxıb.

Saytların yığılması Saytlarin yigilmasi

Prokurorlar bildiriblər ki, qətldən əvvəl Parker özünü hamilə kimi göstərib, saxta ultrasəs görüntüləri göstərib və sevgilisinin ondan ayrılmaması üçün saxta seks partisi təşkil edib. Parker keçən ay körpənin də öldüyü hadisədə qətldə günahkar bilinib.
Ölüm cəzasına məhkum edilən Parkerin vəkili apellyasiya şikayəti verməyi planlaşdırdıqlarını açıqlayıb.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button