2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

ABŞ-ın ‘Rusiyaya qarşı’ 100 milyon dollarlıq fondundan Azərbayacana da pay düşəcək

ABŞ Konqresi “Rusiyanın təsir və təcavüzünün” qarşısını almaq, habelə Avropa və Avrasiyada vətəndaş cəmiyyəti təşkilatlarına dəstək vermək üçün 100 milyon dollar vəsait ayrılması barədə qanunu qəbul edib.

Mayın 4-də ABŞ millət vəkilləri həmçinin Birləşmiş Ştatlardakı Rusiya diplomatlarına yeni məhdududiyyətlərin qoyulması və onlara nəzarətin gücləndirilməsi tədbirlərini dəstəkləyiblər. Moskva məhz bunu etməməsi üçün Vaşinqtona hiddətli xəbərdarlıq etmişdi.

Saytların yığılması Saytlarin yigilmasi

Hər iki tədbir üçün ayrılan vəsait 2017-ci ilin 1, 1 trilyon dollarlıq federal hökumət büdcəsinə daxil edilib. Bu büdcə Senat tərəfindən də təsdiq olunub. İndi sənəd imzalanmaq üçün prezident Donald Trump-a təqdim olunmalıdır.

Rusiyaya qarşı 100 milyon dollarlıq vəsaitə gəlincə isə bu, Rusiyanın Avropanın və başqa regionların işlərinə müdaxiləsini dəf etmək istəyən Nümayəndələr Palatası və Senatda artıq aylardır müzakirə olunan təkliflərin nəticəsi hesab oluna bilər.

Getdikcə daha çox demokrat və respublikaçı saxta xəbərlərin geniş yayılmasınadn, siyasi partiyaların xaricdən maliyyələşdirilməsindən, açıq təbliğatdan və Moskvaya qarşı olan hökumətlərin işinə qarışılmasından və Rusiyanın bu kimi başqa təcavüzkar hərəkətlərindən narahatlıq ifadə edirdi.

AzadlıqRadiosu yazır ki, Rusiyanın müdaxiləsindən şübhələr Fransa və Almaniyadakı seçki kampaniyalarına, habelə ötən il ABŞ-da keçirilmiş prezident seçkisinə kölgə salıb.

Avropa, həm də Azərbaycan

Rusiyanın Təsirinə Qarşı Fond adlanan qanuna görə 100 milyon dollarlıq vəsaitin spesifik olaraq Avropaya yönəldiləcək və demokratik təsisat və proseslərin möhkəmləndirilməsi məqsədilə qanunun aliliyi, media, internet və başqa proqramlarla məşğul olan, habelə Rusiyanın təsirini önləyən vətəndaş cəmiyyəti qruplarına xərclənməsi nəzərdə tutulur.

Bu pullar həm də “Rusiya Federasiyasında internet azadığınin inkişaf etdirilməsi də daxil demokratiya proqramlarına yönəldiləcək” və Dövlət Departamentinin siyasətləri çərçivəsində demokratiya və qanunun aliliyinin dəstəklənməsinə sərf olunacaq.

Qanunda qeyd olunur ki, bu vəsaitdən həm də Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramına daxil ölkələrə – keçmiş sovet respublikaları Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayana da pay düşəcək.

Bu fond habelə Avropa İttifaqı ilə Assosiasiya və ticarət sazişlərinin icrasına, adı çəkilən ölkələrin Rusiya Federasiyasından qaynaqlanan iqtisadi və siyasi təzyiqlərə daha az məruz qalmasına dəstək verəcək.

Rusiya diplomatlarına göz qoyulacaq

Senat tərəfindən qəbul olunmuş bu büdcə qanununa görə, habelə Birləşmiş Ştatlardakı Rusiya diplomatlarına nəzarət tədbirləri gücləndiriləcək.

Qanunun bu hissəsi Dövlət Departamentindən, FTB-dən və Milli Kəşfiyyat Təşkilatı direktorundan xüsusi tədbirlərin hazırlanmasını tələb edir. Bu qurumlar Rusiya diplomatlarından, onlar səfirlik və konsulluqların birbaşa coğrafi ərazisindən çıxdıqları halda əvvəlcədən FTB-yə bildiriş vermələrini tələb edəcəklər.

Ötən il ABŞ millət vəkillərinin belə tədbirlər üzərində işlədiyinə dair xəbərlər yayılanda Rusiyanın Xarici İşlər Nazirliyi hay-küy qaldırmış və Rusiyadakı ABŞ diplomatlarına qarşı da cavab tədbirlərinin görüləcəyi ilə hədələmişdi.

O vaxt nazirliyin sözçüsü Mariya Zaxarova bu kimi tədbirləri Obama administrasiyasının “əcinnə ovu” adlandırmışdı.

Lakin ABŞ rəsmiləri Moskvanın cavab tədbirləri barədə narahat olmadıqlarını və onsuz da artıq bir xeyli müddətdir ki, Rusiyadakı ABŞ diplomatlarının azad hərəkətinin kəskin şəkildə məhdudlaşdırıldığını deyirlər.

Qanunhabelə Rusiyanın ictimai rəyi manipulyasiya etməsini önləmək məqsədilə xüsusi xidmətlərarası komitənin yaradılmasına çağırır.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button