2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

ABŞ rəsmisi Əliyevlə görüşünün detallarını açıqlamayıb

Məlumatı “Turan” yayıb.

Agentlik brifinqlə bağlı tənqidi məqaləsində qeyd edir ki, Karen Donfrid giriş çıxşında mövzuların əhatəsini məhdudlaşdırıb. Belə ki, ABŞ rəsmisi regional təhlükəsizlik və əməkdaşlıq məsələləri, Ukraynada müharibə, həmçinin bu proseslərdə Azərbaycanın rolu və digər mövzulara da geniş yer verməyib.

Saytların yığılması Saytlarin yigilmasi

O, həmçinin suallara cavab verməkdən də yayınıb.

“Digər yüksək vəzifəli amerikalı diplomatlardan fərqli olaraq, Donfrid suallara cavab vermək əvəzinə sanki mühazirə oxuyub. Konkretlikdən qaçaraq ümumi ifadələrlə keçinməyə çalışıb”, – deyə agentlik yazıb.

Karen Donfrid Prezident İlham Əliyevlə görüşü barədə məlumat versə də, söhbətin məzmununu açıqlamayıb. Belə ki, o, insan hüquq və azadlıqlarının pozulması faktlarını müzakirə edib-etməməsilə bağlı suala aydın cavab verməyib.

Agentlik bildirir ki, diplomat, sadəcə, fundamental azadlıqların ABŞ üçün prioritet olduğunu qeyd edib:

“ABŞ rəsmisi “Rusiyanın müxtəlif siyasi dairələrindən Azərbaycanın unvanına təhdidlər, o cümlədən neft infrastrukturuna nüvə zərbəsi endirilməsi çağırışı və təcavüz olacağı təqdirdə ABŞ Azərbaycana kömək etməyə hazırdırmı?” sualından da yayınıb. Dediyi yalnız ondan ibarət olub ki, Ukraynaya qarşı təcavüz səbəbsiz olub, dəhşətlidir, Azərbaycan isə Kiyevə mənəvi və humanitar dəstək göstərməklə düzgün iş görür”.

“Turan” daha sonra yazıb: “Görüş barədə təəssüratları yekunlaşdıraraq belə qənaətə gəlmək olar ki, Karen Donfridin regional səfərində məqsəd qaldırılan məsələlərdən xeyli genişdir və Vaşinqtonun Cənubi Qafqaz ölkələrinə çatdırmaq istədiyi mesajlar təxminən belədir:

1.Cənubi Qafqaz ölkələrinə aydın olmalıdır ki, onların rifahı və suverenliyi daha çox yerli münaqişələrin, ilk növbədə Qarabağda münaqişənin həllindən asılıdır. Eyni zamanda, Qərbi də vasitəçilərin sırasından çıxarmaq lazım deyil.

Digər mühüm nəticə ondan ibarətdir ki, Tramp administrasiyasından fərqli olaraq, ABŞ-ın hazırkı rəhbərliyi Cənubi Qafqazdakı vəziyyəti öz məcrasına buraxmaq istəmir”.

Agentlik hesab edir ki, bu, rəsmi Bakı üçün əlverişli vəziyyətdir:

“Çünki Moskva və Vaşinqton arasında tarazlığa imkan verir. Lakin ABŞ ilə münasibətlərin yaxşılaşdırılması demokratiya ilə vəziyyətin yaxşılaşdırılmasını və Qarabağ məsələsində daha yumşaq mövqe tələb edir”.

İyunun 15-də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Azərbaycana səfər edib.

Karen Donfrid iyunun 19-dək Azərbaycan, Gürcüstan və Ermənistanda səfərdə olacaq.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button