2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

ABŞ Ukraynaya 400milyon dollarlıq yeni yardım paketi ayırdı

Hazırda Ukraynanın şərqində ağır döyüşlər gedir

Saytların yığılması Saytlarin yigilmasi

ABŞ Dövlət Departamenti Ukraynaya 400 milyon dollarlıq yeni- 33-cü yardım paketi ayrıldığını elan etdi. Bu barədə qurumun saytı məlumat verir.

Bu paketə əsasən HİMARS raket sistemləri və “Bradley” piyadaların döyüş maşını üçün sursatlar, habelə M777 haubitsaları üçün mərmilər və tanklar üçün körpü döşəmələri daxildir.

“Rusiya başladığı müharibəni bu gün dayandıra bilər. Rusiya bunu etməyincə və nə qədər lazım olsa, biz Ukraynanın silahlanmasını gücləndirəcəyik. Bu onun danışıqlar masasında ən güclü mövqedə olması üçündür”, ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinkenin bəyanatında bildirilir.

Rusiyanın Ukraynaya hücumundan bu yana Birləşmiş Ştatlar Ukrayna ordusuna 32,2 milyard dollar dəyərində silah verib.

ABŞ prezidenti Co Bayden, Rusiyanın işğalının ildönümü ərəfəsində Kiyevə səfər edərkən Ukraynaya artilleriya sursatları, tank əleyhinə sistemlər və hava hücumundan müdafiə sistemləri də daxil olmaqla, yeni hərbi yardım paketi ayrılacağını demişdi.

Hazırda Rusiya ordusunun Ukraynanın şərqindəki Baxmut şəhərini mühasirəyə aldığı bildirilir. Reüters yazır ki, Rusiya ordusu 6 aydan çocdur ki, bu şəhəri ələ keçirməyə şalışır.

Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya hücum edib.

Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

24 saat” “
ABŞ Ukraynaya 400milyon dollarlıq yeni yardım paketi ayırdı
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button